Page 27 - 1-ci cild
P. 27
Jan Batist Molyer

Oktav. Dayan, qoy bu saat özümü ələ alım, necə lazımdısa,
elə də cavab verəcəyəm.

Skapen. Sözümüz sözdü də?
Oktav. Hə!
Silvestr. Atanız gəlir!
Oktav. İlahi, mən batdım. (Gedir.)

Beşinci gəliş

Silvestr, Skapen.

Skapen. Cənab Oktav, hara gedirsiz? Dayanın!.. Qaçdı! Bax,
ağciyərlik buna deyərlər!.. Amma biz gedək qocanı qarşılayaq.

Silvestr. Mən ona nə deyəcəyəm?
Skapen. Nə lazımdırsa, mən deyəcəyəm. Sən mənim
dediklərimi təkrar elə.

Altıncı gəliş

Səhnənin dərinindədir; Silvestr, Skapen və Arqant.

Arqant (elə bilir təkdir). Belə də iş olar? Həyasızlığa bir
bax!

Skapen (Silvestrə). Deyəsən, xəbər tutub. Gör bir kişiyə
necə təsir edib ki, öz-özüylə danışır!

Arqant (elə bilir təkdir). Həyasızlığın dərəcəsinə bax!
Skapen (Silvestrə). Qoy qulaq asaq!
Arqant (elə bilir təkdir). Maraqlıdı, görək indi mənə bu
nikah barədə nə deyəcəklər?
Skapen (kənara). Bir söz tapıb deyərik!
Arqant (elə bilir təkdir). Bəlkə, danacaqlar?
Skapen (kənara). Yox a-a!.. Niyə?
Arqant (elə bilir təkdir). Ya başlayacaqlar özlərini təmizə
çıxarmağa?

27
   22   23   24   25   26   27   28   29   30   31   32