Page 31 - 1-ci cild
P. 31
Jan Batist Molyer

Skapen. Sizin oğlunuz buna razı olmaz.
Arqant. Razı olmaz?
Skapen. Yox.
Arqant. Mənim oğlum?
Skapen. Bəli, sizin oğlunuz!.. Sizcə, asandı onunçün? Ki,
bu cavan yaşından qorxaqlığını boynuna alsın, desin, məni zorla
evləndiriblər? Heç vaxt boynuna almaz; belə çıxacaq ki, o, sizin
kimi bir ataya layiq oğul deyil, əfəlin biridi!
Arqant. Cəhənnəmə çıxsın! Mənim vecimə deyil!
Skapen. O, sizin də, özünün də şərəfini qorumaqdan ötrü
hamıya deməlidi ki, öz istəyincə evlənib.
Arqant. Mənə isə elə gəlir ki, bizim şərəfimizi qorumaq
üçün gərək əksini desin!..
Skapen. Yox, ömründə bunu deməz.
Arqant. Mən onu məcbur eləyərəm!
Skapen. Vallah, deməyəcək…
Arqant. Deməz, varislikdən məhrum eləyəcəm!
Skapen. Siz?
Arqant. Bəli, mən!
Skapen. Bəsdirin!..
Arqant. Necə yəni bəsdirin?
Skapen. Siz onu varislikdən məhrum eləməzsiz…
Arqant. Eləmərəm?
Skapen. Yox.
Arqant. Yox?
Skapen. Yox.
Arqant. Bax buna sözüm yoxdu! Mən öz doğmaca oğlumu
varislikdən məhrum eləyə bilmərəm?
Skapen. Deyirəm ki, yox da…
Arqant. Kim mənə mane olacaq, hə?
Skapen. Siz özünüz.
Arqant. Mən özüm?
Skapen. Əlbəttə. Siz buna ürək eləməzsiz.
Arqant. Eləyərəm.
Skapen. Zarafat eləyirsiz, cənab?

31
   26   27   28   29   30   31   32   33   34   35   36