Page 33 - 1-ci cild
P. 33
Jan Batist Molyer

İKİNCİ PƏRDƏ

Birinci gəliş

Jeront, Arqant.

Jeront. Əlbəttə, belə havada bizimkilər gərək elə bu gün
gəlib çıxsınlar. Tarentli bir dənizçi deyirdi ki, yola çıxmazdan
əvvəl mənim müvəkkilimi görüb. Ancaq qızımın gəlməyi
məsələsi sizinlə danışdığımız kimi olmadı… Oğlunuz haqqında
indi dedikləriniz isə bizim planlarımızı tamam alt-üst eləyir…

Arqant. Narahat olmayın: sizə söz verirəm ki, elə bu gündən
işə girişib hər şeyi qaydasına qoyacağam!

Jeront. Bilirsiz, cənab Arqant, uşaqları tərbiyə etmək çox
vacib məsələdi… Bununla ciddi məşğul olmaq lazımdı…

Arqant. Əlbəttə. Nədi ki?
Jeront. Yəni çox vaxt cavan oğlanlar ona görə özlərini pis
aparırlar ki, ataları onları düzgün tərbiyə etməyib.
Arqant. Düzdür, belə şeylər də olur. Ancaq siz bununla nə
demək istəyirsiz?
Jeront. Nə demək istəyirəm?
Arqant. Bəli.
Jeront. Onu demək istəyirəm ki, əgər siz oğlunuzu bir ata
kimi yaxşı tərbiyə eləsəydiz, o da başınıza belə bir oyun açmazdı.
Arqant. Aha, çox gözəl! Deməli, siz özünüzünkünü yaxşı
tərbiyə etmisiz, hə?
Jeront. Bəs necə?! Mənim oğlum belə bir iş tutsaydı,
görərdi, nə olacaq!
Arqant. Bəs sizin o oğlunuz ki “ata kimi yaxşı tərbiyə
etmisiz”, bax o, mənim oğlumdan da səfeh bir iş görübsə, onda
necə? Hə?
Jeront. Necə, necə?
Arqant. Bax eləcə!
Jeront. Bu nə deməkdi?

33
   28   29   30   31   32   33   34   35   36   37   38