Page 37 - 1-ci cild
P. 37
Jan Batist Molyer
Skapen. Vallah, cənab, bilmirəm neyləmişəm!
Leandr (üstünə atılaraq). Bilmirsən?
Oktav (Leandrı saxlayaraq). Leandr!
Skapen. Yaxşı, cənab, bir halda ki, bilməyiniz belə vacibdir,
onda qoy boynuma alım ki, sizə bağışlanan o bir çəllək ispan
çaxırını dostlarımla birgə mən içmişəm… Çəlləkdə də deşik
açdım, yerə su tökdüm ki, guya çaxır özü axıb tökülüb…
Leandr. Deməli, o ispan çaxırını, sən içmisən, ay alçaq?!
Mən də qulluqçunu söyürəm, elə bilirəm onun işləridi!..
Skapen. Bəli, cənab, günahkaram!..
Leandr. Yaxşı, bunu bildim! Ancaq indi söhbət başqa
şeydən gedir.
Skapen. Başqa şeydən?
Leandr. Bəli, başqa şeydən, özü də vacib bir məsələdən!
İstəyirəm ki, özün boynuna alasan!
Skapen. Başqa bir şey yadıma gəlmir axı, cənab…
Leandr (Skapeni vurmaq istəyir). Demək istəmirsən?
Skapen. Vay!
Oktav (Leandrı saxlayaraq). Yavaş!
Skapen. Yaxşı da, cənab, “boynuna al” deyirsiz, alıram: üç
həftə bundan əvvəl mənə saat verib tapşırdız ki, çatdırım sizin o
qaraçı qıza ha və mən də çirkin-pasın içində gəlib sizi aldatdım
ki, guya məni oğrular döyüb, saatı da alıb aparıblar… Saat
məndədi, yalan deyirdim…
Leandr. Deməli, mənim saatımı sən oğurlamısan?
Skapen. Bəli, cənab… Mən də bilməli deyiləmmi ki, saat
neçədir, ya yox?
Leandr. Daha sənə sözüm yoxdu! Sadiq nökər buna deyərlər
e!.. Ancaq yenə də mən başqa şey soruşuram.
Skapen. Yenə siz deyən deyil?
Leandr. Yox, alçaq! Sən gərək başqa şeyi boynuna alasan!
Skapen (kənara). Lənət şeytana!
Leandr. Tez elə, söylə! Vaxtım yoxdu.
Skapen. Vallah, cənab, bundan başqa bir şey olmayıb.
37