Page 39 - 1-ci cild
P. 39
Jan Batist Molyer
Yeddinci gəliş
Leandr, Oktav, Skapen.
Leandr. Ah, əziz Skapen, Allah xətrinə, mənə kömək elə!
Skapen (vüqarla Leandrın qabağında gəzişir). Aha! “Əziz
Skapen!” İndi lazımam, olmuşam “əziz Skapen!”
Leandr. Qulaq as, mən səni tamam bağışlayıram. Lap
bunlardan pis iş görmüsənsə, onu da bağışlayıram!..
Skapen. Yox, canım, məni niyə bağışlayırsız? Yaxşısı budu,
şpaqayla dəlmə-deşik eləyin qarnımı. Öldürün məni, canım
qurtarar…
Leandr. Yox, yalvarıram sənə, məni xilas et, Zerbinettanı
qurtar.
Skapen. I-ı-ı!.. Yaxşısı budu, öldürəsiz məni!..
Leandr. Mənim heç sənə əlim qalxar? Yalvarıram, kömək
elə! Sən istəsən, hər şey gələr əlindən!
Skapen. Yox, yox, deyirəm sizə! Yaxşısı budu, məni
öldürəsiz!..
Leandr. Sən Allah, yaddan çıxar mənim sözlərimi! Xahiş
edirəm, fikirləş, gör mənə necə kömək eləyə bilərsən.
Oktav. Skapen! Gərək ona kömək eləyəsən!
Skapen. Məni belə incidəndən sonra ona necə kömək
eləyim?
Leandr. Yalvarıram, hirsli-hirsli dediklərimin hamısını
yadından çıxar, kömək elə mənə, bütün hiylələrini sal işə.
Oktav. Mən də səndən xahiş edirəm.
Skapen. Yox, mən belə təhqiri yaddan çıxara bilmərəm.
Oktav. Yaxşı da, belə kinli olma.
Leandr. Skapen, yəni, doğrudan, sən belə bir məqamda
məni ata bilərsən? Axı mənim məhəbbətim belə bir bəlaya
düşüb!..
Skapen. Durduğun yerdə, heç nəyin üstündə adamı beləcə
incidəsən!..
39