Page 41 - 1-ci cild
P. 41
Jan Batist Molyer

Səkkizinci gəliş

Skapen, Arqant.

Skapen (öz-özünə). Yaman fikirlidi!
Arqant (Skapeni görür). Adam da özünü bu cür avam
aparar, bu cür ağılsız iş görər?! Rastına çıxanla evlənmək olar?
Ah, ağılsız cavanlıq!
Skapen. Salam, möhtərəm cənab!
Arqant. Salam, Skapen.
Skapen. Yenə də oğlunuzun evlənməyi barədə fikirləşirsiz?
Arqant. Hə, Skapen, bu hadisə məni yaman kökə qoyub!..
Skapen. Həyat elə şeydi ki, cənab, hər gün bəd bir əmələ
rast gəlmək mümkündü, gərək hər şeyə hazır olasan. Haçansa
qədim bir müdrikin dediyi sözü eşitmişəm, indiyə qədər
yadımdadı.
Arqant. Nə sözdü elə?
Skapen. Deyir, ailənin başçısı ki evdən getdi, qayıdana
qədər nəsə pis bir iş baş verəcək: ya evi yanacaq, ya pullarını
oğurlayacaqlar, ya arvadı öləcək, ya oğlunu şil-küt eləyəcəklər,
ya da qızını tovlayıb yoldan çıxaracaqlar. Əgər bunların heç biri
olmasa, deməli, o adam xoşbəxtin birisidir! Mən özüm də bütün
ömrüm boyu ağlım kəsən qədər çalışmışam ki, bu kəlamı
yadımdan çıxarmayım. Evə qayıdanda həmişə hazır oluram ki,
Tanrının mənə nəsə qəzəbi tutub, ya söyəcəklər, ya döyəcəklər,
ya asacaqlar, ya vuracaqlar, amma belə bir şey olmayanda
Tanrıma şükür eləyirəm, deyirəm, bəxtim gətirib.
Arqant. Yaxşı da eləyirsən, amma mən bu səfeh evlənmə
əhvalatı ilə barışmaq fikrində deyiləm. Mən Oktavı taleyin
ümidinə buraxa bilmərəm. İndicə vəkillə məsləhətləşdim ki, bu
nikahı necə pozaq.
Skapen. Vallah, cənab, əgər mənə inanırsızsa, bu məsələni
başqa cür həll eləmək lazımdı. Özünüz bilirsiz də, bizdə
məhkəməyə düşmək nə deməkdi: elə bir sıxma-boğmaya
salacaqlar ki, içindən çıxmaq da olmayacaq.

41
   36   37   38   39   40   41   42   43   44   45   46