Page 45 - 1-ci cild
P. 45
Jan Batist Molyer

rüşvət verməlisiz! Yaxşısı budu, indidən verin o pulu, əl çəksin
sizdən, məsələ də qurtarsın getsin.

Arqant. Necə? İki yüz pistol?
Skapen. Hə, bu, daha sərfəlidi. Mən öz fikrimdə məhkəmə
xərclərini hesablamışam, belə çıxır ki, əgər siz bu başkəsənə iki
yüz pistol versəz, azı yüz əlli pistol qalacaq cibinizdə! Hələ o
qədər əzab-əziyyətdən qurtarmağınızı demirəm. Mən heç üç yüz
pistolu da əsirgəməzdim, təki o hoqqabaz vəkillərin camaatın
içində boşboğazlıq eləməklərini eşitməyim.
Arqant. Mənim heç vecimə deyil, nə istəyirlər, qoy eləsinlər.
Skapen. Baxın, özünüz bilən məsləhətdi, amma mən sizin
yerinizdə olsaydım, işi aparıb məhkəməyə çıxarmazdım.
Arqant. Yox, mən iki yüz pistol verə bilmərəm.
Skapen. Budur, dediyim o zırrama da gəldi!..

Doqquzuncu gəliş

Onlar, eləcə də pullu qatil qiyafəsində Silvestr.

Silvestr. Skapen! Oktavın atası Arqantdı, nədi, göstər onu
mənə!

Skapen. Neynirsiz onu?
Silvestr. Çor deyir, zəqqum deyir! Cəhənnəmə, gora deyir!
Qoy bir keçsin əlimə, yerindəcə öldürəcəm onu! Qoy sonra lap
assınlar məni!

Arqant qorxusundan əsə-əsə Skapenin
arxasında gizlənir.

Skapen. Oktavın atası ciyərli adamdı, bəlkə, heç sizdən də
qorxub-eləmir?

Silvestr. Necə yəni qorxmur, lənət şeytana?! Gəlsin bura, bu
saat şpaqayla qarnını yırtım! (Arqantı görür.) Bu kimdi belə?

Skapen. O deyil, cənab, Oktavın atası deyil.

45
   40   41   42   43   44   45   46   47   48   49   50