Page 47 - 1-ci cild
P. 47
Jan Batist Molyer

Onuncu gəliş

Skapen, Arqant.

Skapen. Gördüz, iki yüz pistoldan ötrü nə qədər adamın
atasını yandırdı?! Yaxşı da, Allah köməyi olsun!

Arqant (qorxudan əsərək). Skapen!
Skapen. Nədi, cənab?
Arqant. Mən bu qərara gəldim ki, iki yüz pistolu verim.
Skapen. Çox gözəl, cənab.
Arqant. Gedək onun yanına. Pullar yanımdadı.
Skapen. Yaxşısı budu, pulu mənə verəsiz. Özünüz niyə bir
də onun gözünə görünəsiz? Sizin şəninizə yaraşmaz axı. İndicə
ona da dediniz ki, siz cənab Arqant deyilsiz. Bir də, qorxuram ki,
sizi tanıyandan sonra daha çox istəsin.
Arqant. Elə olmağına elədi, amma istəyirəm ki, bir görüm
də pullarımı necə verirəm…
Skapen. Deməli, mənə etibar etmirsiz?
Arqant. Etibar məsələsi deyil e, hər halda…
Skapen. Allaha and olsun, cənab, iki şeydən biridi: ya mən
vicdanlı təmiz adamam, ya da lotunun biriyəm. Mən nəyə görə
sizi aldatmalıyam? Bəyəm başqası üçün çalışıram? Öz ağamın
dostuyçün çalışıram da! Axı siz ağamla qohum olmaq istəyirsiz!
Bir halda ki, mənə inanmırsız, onda qarışmıram bu işə, bir
başqasını tapın, qoy o, işlərinizi qoysun qaydasına.
Arqant. Yaxşı, al!
Skapen. Yox, cənab, pulunuzu mənə etibar etməyin.
Mənimçün də yaxşısı bu olar ki, başqa adam tapasız.
Arqant. Aman Allah!.. Götür görüm!
Skapen. Yox, cənab, etibar etmirsizsə, lazım deyil. Kim bilir,
bəlkə, doğrudan da, mən sizi soymaq istəyirəm?
Arqant. Sənə deyirlər ki, götür! Hələ səninlə çox çənə-
boğaz eləyəcəyəm? Ancaq özünü gözlə, yavaş ol onunla.
Skapen. Arxayın olun, hərif-zad deyiləm!

47
   42   43   44   45   46   47   48   49   50   51   52