Page 49 - 1-ci cild
P. 49
Jan Batist Molyer

Jeront. Nə olub axı?
Skapen. Bayaq rastlaşdım onunla, yaman fikirli idi.
Bilmirəm, nə demisiz ona, amma məni nahaq qatmısız bu işə.
Getdik ki, limanda bir az gəzişək, fikrimiz dağılsın. Bir də gördük
ki, çox gözəl bir türk qalerası1 dayanıb. Cavan bir türk əlini uzadıb
bizi qaleraya dəvət etdi. Biz də getdik. Bizi əntiqə qarşıladı, əntiqə
meyvələrə qonaq elədi, əla çaxır verdi – ömrümüzdə beləsini
içməmişdik.
Jeront. Sən axı bədbəxtlikdən danışırsan?!
Skapen. Bir dəqiqə dayanın, cənab, indi deyəcəyəm. Oturub
yeyib-içən vaxt həmin oğlan qaleranı çıxartdı dənizə… Xeyli
üzüb gedəndən sonra məni oturtdu qayığa, tapşırdı sizə deyim ki,
elə bu saat ona beş yüz ekü göndərməsəz, oğlunuzu aparacaq
Əlcəzairə.
Jeront. İşə bir bax! Beş yüz ekü?
Skapen. Bəli, cənab! Özü də mənə ikicə saat vaxt verib.
Jeront. Ay quldur! Bıçaqsız qanımızı tökür!
Skapen. İndi, cənab, gərək fikirləşəsiz ki, o cür sevdiyiniz
oğlunuzu qul zəncirindən necə qurtaracaqsız!
Jeront. Niyə yolunu azıb, gedib o qaleraya girib?
Skapen. Nə biləydi ki, belə olacaq?
Jeront. Qaç, Skapen, tez qaç o gəmiçiyə de ki, onu
məhkəməyə verəcəyəm!
Skapen. Ba-ay! Dənizin ortasında nə məhkəmə?
Jeront. Niyə gedib girib axı o qaleraya?
Skapen. Əcəldi də!
Jeront. Onda, Skapen, indi sən sübut elə ki, sadiq nökərsən!
Skapen. Neyləyim ki, cənab?
Jeront. Get ona de ki, mənim oğlumu qaytarsın, mən pul
yığıb toplayana qədər, əvəzində səni girov saxlasın.
Skapen. Ay cənab, əvvəlcə bir fikirləşin də nə danı-şırsız!..
O axmaqdı bəyəm sizin oğlunuzun yerinə mənim kimi lütün birini
saxlaya?

1 qалера – кечмишлярдя чохаварлы эями (тяр.)

49
   44   45   46   47   48   49   50   51   52   53   54