Page 51 - 1-ci cild
P. 51
Jan Batist Molyer

bəlkə, səni artıq zəncirləyib Əlcəzairə aparıblar?! Göylər özü
şahidimdi ki, sənin üçün əlimdən gələni etdim! Əgər sən
girovluqdan xilas olmadınsa, bunun yeganə günahı öz atandadı!

Jeront. Dayan, Skapen, gedim pul gətirim.
Skapen. Tez eləyin, cənab, onsuz da, qorxuram ki, gecikmiş
olaq…
Jeront. Deməli, deyirsən dörd yüz ekü?
Skapen. Beş yüz, cənab!
Jeront. Beş yüz ekü!
Skapen. Bəli, cənab!
Jeront. Axı niyə, niyə gedib girib o qaleraya?
Skapen. Elədi, cənab, amma tez olun.
Jeront. Gəzməyə başına yer qəhət idi?
Skapen. Düzdü, düzdü, amma bir az tez eləmək olmaz?
Jeront. O qaleranı görüm od tutub yansın!
Skapen (kənara). Qaleradan yapışıb buraxmır.
Jeront. Bura bax, Skapen, mənim lap yadımdan çıxıb. İndicə
düz beş yüz ekü qızıl almışam. Ancaq ağlıma da gəlməzdi ki,
onları məndən tutub alacaqlar! (Pul kisəsini Skapenə uzadır,
amma o saat əlini çəkir və Skapen nahaq yerə pul kisəsini
götürmək istəyir.) Götür. Get oğlumu girovluqdan al, gətir.
Skapen (pul kisəsini onun əlindən almaq istəyir). Baş üstə,
cənab!..
Jeront (eyni hərəkətlə). Ancaq o gəmiçiyə de ki, alçağın
biridi…
Skapen (eyni hərəkətlə). Yaxşı!
Jeront (eyni hərəkətlə). Vicdansızdı…
Skapen (eyni hərəkətlə). Yaxşı!
Jeront (eyni hərəkətlə). Namussuzdu, oğrudu…
Skapen (eyni hərəkətlə). Arxayın olun!
Jeront (eyni hərəkətlə). Məndən beş yüz ekü qopardır, ancaq
buna ixtiyarı yoxdu…
Skapen (eyni hərəkətlə). Əlbəttə!
Jeront (eyni hərəkətlə). Mənə qalsaydı, ona heç bir ekü də
verməzdim!..

51
   46   47   48   49   50   51   52   53   54   55   56