Page 55 - 1-ci cild
P. 55
Jan Batist Molyer

Zerbinetta. Bura bax, Skapen, danış bir görək o xəsis
qocadan pulu necə qopartdın? Deyirlər, yaman məzəli əhvalatdı!..
Özün bilirsən də, mənə gülməli əhvalatlar danışanda əvəzini
qaytarıram, nə qədər desən, gülürəm.

Skapen. Bunu Silvestr sizə məndən yaxşı danışar. Mənim
fikrim indi başqa yerdədi: bir nəfər var, ondan intiqam almaq
istəyirəm. Ölürəm belə bir kef üçün!

Silvestr. Heç nədən ötrü özünü niyə odun içinə atırsan?
Skapen. Belə təhlükəli oyunlar mənə ləzzət eləyir!
Silvestr. Neçənci dəfədi deyirəm, qulaq as mənə, tök bu daşı
ətəyindən!
Skapen. Yox, yaxşısı budu, mən özüm özümə qulaq asım!
Silvestr. Axı bu həngaməyə nə ehtiyac var?!
Skapen. Onda niyə məni dilə tutursan?
Silvestr. İstəmirəm ki, havayı yerə kötəkləsinlər.
Skapen. Bel mənimdi, özüm bilərəm, sənin belin deyil ki!
Silvestr. Onu da düz deyirsən: öz belindi, nə istəyirsən, elə!
Skapen. Mən ömrümdə heç vaxt kötəkdən qorxmamışam,
amma sənin kimi qorxaqları görməyə gözüm yoxdu! Həmişə tir-
tir əsirlər, həmişə bir işdən yapışmağa qorxurlar ki, düşər-düşməzi
olar!
Zerbinetta (Skapenə). Bir azdan sən bizə lazım olacaqsan.
Skapen. Gedin, indi gəlirəm. Mən ona göstərəcəyəm ki,
həmin Skapenəm, heç kimi satmamışam, satmaram da!

Zerbinetta, Qiasinta və Silvestr gedirlər.

İkinci gəliş

Skapen, Jeront.

Jeront. Hə, Skapen, oğlumun vəziyyəti necədi?
Skapen. Oğlunuz indi təhlükəsiz yerdədi, amma sizin,
cənab, başınıza yaman qəza gələ bilər, yaxşısı budu, evdə otu-
rasız! Sizə görə elə qorxuram ki!..

55
   50   51   52   53   54   55   56   57   58   59   60