Page 59 - 1-ci cild
P. 59
Jan Batist Molyer
Skapen. Vay, ölürəm!..
Jeront. Niyə bu alçaqlar elə mənim belimə vururlar?!
Skapen (Jerontun başını torbaya basır). Gizlənin! Odur,
əsgərlər gəlir, düz altı nəfərdi! (Müxtəlif səslərlə.) “Gedək, bu
Jerontu, axır ki, tapmalıyıq, ya yox? Hər tərəfi axtarmaq lazımdı!
Yorulub əldən düşsək də, bütün şəhəri gərək axtaraq! Hər bir
dəlmə-deşiyə baxmaq lazımdı! Heç yeri yaddan çıxarmaq olmaz!
Hər tərəfi! Hansı tərəfə gedək? Bax bura! Yox, bax ora! Sağa!
Sola! Yox! Bura!” (Öz səsiylə Jeronta.) Yaxşı gizlənin. “Oho,
budur, onun nökəridi! Hə, alçaq, de görüm, hardadı ağan?” Məndə
işiniz olmasın, cənablar! “Tez elə! De görək, hardadı ağan? Tez
ol! Yolumuzdan eləmə bizi, tez ol!” Yavaş olun, cənablar!
Jeront yavaşca başını torbadan çıxarır və Skapenin
hərəkətlərini görür.
“Bu saat tap ağanı, yoxsa səni ölənəcən döyəcəyik!” Mənim
başıma nə oyun istəyirsiz, açın, amma ağamı satmaram! “Sənin
canını alacağıq!” Nə eləyirsiz, eləyin! “Aha, özün belə istədin!
Tut, gəldi!” Vay! (Çubuqla vurmaq istəyəndə Jeront torbanın
içindən çıxır. Skapen isə qaçıb gedir.)
Jeront (tək). Ay alçaq! Ay cani! Quldur! Deməli, sənmişsən,
az qala məni öldürürdün?!
Üçüncü gəliş
Jeront, Zerbinetta.
Zerbinetta (Jerontu görmədən). Ha-ha-ha! Yox, qoy bir
nəfəsimi dərim…
Jeront (Zerbinettanı görmədən). Baxarsan, sənin başına nə
oyun açacağam!
Zerbinetta (Jerontu görmədən). Ha-ha-ha! Əcəb əhvalatdı!
Gör necə ələ salıblar qocanı!
59