Page 61 - 1-ci cild
P. 61
Jan Batist Molyer
xəsisin biridi. Dünya hələ elə xəsis görməyib!.. Dayanın bir…
Nədi onun adı? Siz bilmirsiz, nədi onun adı? Əlbəttə, siz, yəqin,
bilirsiz, bilirsiz ki, bu şəhərdə bir nömrəli xəsis kim hesab
olunur?!
Jeront. Xeyr, bilmirəm.
Zerbinetta. Adı “ron”la qurtarır, ya da “ront”la... O…
Oront… Yox, belə deyil. J… Jeront? Hə, özüdü ki var, Jeront!
Yadıma düşdü, elədi ki var! O simicin adı Jerontdu! Bax, əhvalat
belə olub. Bizim qaraçılar bu gün şəhərdən çıxıb getmək
istəyirdilər, o cavan oğlan da pulu olmadığı üçün mənimlə
ayrılmalıydı, ancaq nökərinin bicliyi köməyimizə yetdi. Nökər
onun atasından pulları dartıb-qopartdı. Nökərin adı yaxşı
yadımdadı – Skapen. O, elə qeyri-adi bir adamdı ki, tərifləməklə
qurtaran deyil!
Jeront (kənara). Ay səni, fırıldaqçının biri, fırıldaqçı!
Zerbinetta. O, qoca səfehi aldatmaq üçün görün bir necə
biclik işlədib! Ha-ha-ha! Yadına düşəndə adam gülməkdən ölür!..
Vallah, dayana bilmirəm! Ha-ha-ha! Skapen gedir o simicin
yanına… Ha-ha-ha! Gedir o simicin yanına, deyir ki, guya oğluyla
bir yerdə limanda gəzirmişlər… Ha-ha-ha!.. Gəzirmişlər, orda bir
türk qalerası görürlər, guya cavan bir gəmiçi onları gəmiyə qonaq
dəvət edir… Ha-ha-ha!.. Guya oturub yeyib-içdikləri vaxt qalera
çıxır dənizə, gəmiçi də guya Skapeni qayıqla sahilə göndərir ki,
qocaya desin ki, ya beş yüz ekü göndər, ya da oğlunu Əlcəzairə
aparacağıq! Ha-ha-ha!.. Bu yerdə mənim o xəsisim, o simicim
qorxuya düşür. Bir tərəfdən oğluna yazığı gəlir, bir tərəfdən də
pulları vermək istəmir. Beş yüz ekünü vermək onunçün ürəyinin
başına xəncər soxmaq kimi bir şeydi! Ha-ha-ha!.. Heç cür puldan
əl çəkmək istəmir, başını-beynini çatdadır ki, oğlunu necə
qaytarsın, ağlına gələn cəfəng-cəfəng şeylər danışır… Ha-ha-ha!..
İstəyir həmin qaleradan ötrü dənizə polis göndərsin… Ha-ha-ha!..
Nökərinə yalvarır ki, gedib oğlunun əvəzinə girovda qalsın, guya
pul yığıb onu qurtaracaq! Yalandan e!.. Ha-ha-ha!.. İstəyir, köhnə
cır-cındırını beş yüz eküyə satdırsın, o cır-cındıra heç otuz ekü də
61