Page 63 - 1-ci cild
P. 63
Jan Batist Molyer

Beşinci gəliş

Silvestr, Arqant.

Arqant. Deməli, siz fırıldaqçılar əlbir olmusuz! Sən, Ska-
pen, bir də mənim oğlum əlbir olmusuz ki, məni aldadasız?! Elə
bilirsiz ki, mən buna dözəcəyəm?

Silvestr. Vallah, cənab, Skapen sizi aldadıbsa, bunun mənə
dəxli yoxdu, ola da bilməz!

Arqant. Mən ayırd eləyəcəyəm bu məsələni, eləyəcəyəm,
alçaq! Mən imkan vermərəm ki, gözümün qabağında pəstəha
açalar!

Altıncı gəliş

Onlar, eləcə də Jeront.

Jeront. Ah, cənab Arqant, mənim başıma bir müsibət gəlib
ki!

Arqant. Mənim də dərdim böyükdü, cənab Jeront!..
Jeront. Fırıldaqçı Skapen aldadıb beş yüz ekümü aparıb!..
Arqant. O fırıldaqçı Skapen məni də eləcə aldadıb, iki yüz
pistolumu əlimdən alıb.
Jeront. Hələ o beş yüz eküdən başqa, mənə elə bir qonaqlıq
verib ki, deməyə adamın dili də gəlmir. Bütün bunların cavabını
verəcək o alçaq!
Arqant. Əlbəttə. Qoy cavab versin ki, hansı cəsarətlə
mənimlə belə oyun oynayıb!
Jeront. Mən gərək onu elə cəzalandırım ki, başqalarına da
ibrət olsun!
Silvestr (kənara). Təki mənlə işləri olmayaydı!..
Jeront. Bu, hələ harasıdı, cənab Arqant?! Bədbəxtlik ki
gəldi, dalını gözlə!.. Mən güman edirdim ki, bu gün qızımı
görəcəyəm… Yeganə təsəllimiydi mənim bu dünyada, ancaq indi

63
   58   59   60   61   62   63   64   65   66   67   68