Page 65 - 1-ci cild
P. 65
Jan Batist Molyer
Səkkizinci gəliş
Silvestr, Skapen.
Skapen. Hə, Silvestr, neyləyir bizimkilər?
Silvestr. İkicə xəbər verəcəyəm sənə. Birincisi budu ki,
Oktavın məsələsi həll olundu, sən demə, bizim Qiasinta cənab
Jerontun qızıymış!.. Təsadüf elə gətirib ki, valideynlərinin istədiyi
olub. İkincisi də budu ki, qocalar, xüsusən cənab Jeront səni
yaman cəzalandırmaq istəyirlər.
Skapen. Boş şeydi! Belə hədə-qorxular mənə təsir etməz!..
Hər dəqiqənin öz hökmü var!..
Silvestr. Bax ha!.. Oğlanlar atalarıyla barışarlar, onda qanın
getdi!..
Skapen. Qorxma!.. Onların ürəyini yumşaldaram.
Silvestr. Tez qaç! Odur, gəlirlər. (Skapen qaçır.)
Doqquzuncu gəliş
Silvestr, Jeront, Arqant, Qiasinta, Zerbinetta, Nerina.
Jeront. Gəl, qızım, gəl yanıma! Əgər indi anan da burda
olsaydı, elə sevinərdim ki!..
Arqant. Budur, Oktav da gəldi.
Onuncu gəliş
Onlar, eləcə də Oktav.
Arqant. Gəl, gəl, oğlum, gəl sən də bizimlə bir yerdə sevin
ki, evlənməyinin axırı necə yaxşı qurtardı! Tanrı özü…
Oktav. Yox, ata, məni kiminlə evləndirmək istəsəz də, bir
şey alınmayacaq! Sizdən gizlətməyin mənası yoxdu!.. Onsuz da,
bilirsiz ki, mən artıq evliyəm.
65