Page 67 - 1-ci cild
P. 67
Jan Batist Molyer
On birinci gəliş
Onlar, eləcə də Leandr.
Leandr. Ata, qanınızı qaraltmayın ki, mən əsilzadə olmayan
kasıb bir qızı sevirəm. Qaraçılardan onu alandan sonra mənə
dedilər ki, Zerbinetta bizim şəhərlidi, dörd yaşı olanda onu
oğurlayıblar, valideynləri əsilzadəymiş. Bax bu bilərziyi də mənə
verdilər. İndi bu bilərziyin vasitəsilə Zerbinettanın valideynlərini
tapmaq olar.
Arqant. Aman tanrım! O, mənim qızımdı, bu bilərzikdən
tanıdım! Düzdü, düzdü! Mən onu dörd yaşında itirmişəm!
Jeront. O, sizin qızınızdı?
Arqant. Bəli, bu, odur, gör necə oxşayır?! Mənim heç bir
şübhəm yoxdu!
Qiasinta. Aman tanrı! Dünyanın işlərinə bax!
On ikinci gəliş
Onlar, eləcə də Karl.
Karl. Ah, cənablar, indicə bədbəxt bir hadisə baş verdi!
Jeront. Nə olub?
Karl. Bədbəxt Skapen…
Jeront. Fırıldaqçıdı o! Əmr eləyəcəyəm, assınlar onu!
Karl. Yox, cənab, daha bu barədə narahat olmayacaqsız.
Təzə tikintinin yanından keçirmiş, yuxarıdan böyük bir çəkic
düşüb yazığın başına, elə partladıb ki, beyni görünür. Skapen
ölür… Xahiş elədi, onu bura gətirək ki, ölümqabağı bir-iki söz
desin.
Arqant. Bəs hardadı?
Karl. Odur, gətirirlər.
67