Page 71 - 1-ci cild
P. 71
Jan Batist Molyer

qoşulmayasan. Öz başıma gəlib, bilirəm, bilirəm ki, mənim kimi
sadə adamlarla qohum olandan sonra o cənablar özlərini necə
aparırlar. Bizim özümüzlə araları yoxdu, var-dövlətimizə
evlənirlər. Mənə deyən lazımıydı ki, varlı adamsan, gedib bir halal
süd əmmiş kəndçi qızı tapıb alaydın də! Amma gedib elə bir arvad
aldım ki, mənə yuxarıdan-aşağı baxır, adımı daşımaqdan utanır,
onun əri olmaq guya elə bir şərəfdir ki, bu qədər var-dövlətim də
bununçün azdır! Ah, Jorj, Jorj Danden, elə axmaq bir iş tutmusan
ki, heç adı yoxdu! İndi özüm öz halalca evimdən qorxuram. İçəri
girən kimi başlayır adamın qanı qaralmağa.

İkinci gəliş

Jorj Danden, Lyuben.

Jorj Danden (evindən çıxan Lyubeni görür). Bu tülkünün
mənim evimdə nə işi var?

Lyuben (Jorj Dandeni görüb öz-özünə). Bu kimdisə, mənə
yaman baxır…

Jorj Danden (öz-özünə). Deyəsən, bilmir mən kiməm.
Lyuben (öz-özünə). Bu, deyəsən, nədənsə şübhələnir.
Jorj Danden (öz-özünə). Aha! Bu, deyəsən, mənə təzim
eləməkdə çətinlik çəkir…
Lyuben (öz-özünə). Qorxuram ki, burdan çıxmağımı ona-
buna desin…
Jorj Danden. Salam!
Lyuben. Ehtiramlar!
Jorj Danden. Siz, deyəsən, yerli adam deyilsiz?
Lyuben. Yox! Mən gəlmişəm ki, görüm sabahkı bayram
necə olacaq.
Jorj Danden. Aha!.. Deyin görüm, siz bax bu evdən çıxdız?
Lyuben. Susun!
Jorj Danden. Nə olub ki?
Lyuben. Susun!

71
   66   67   68   69   70   71   72   73   74   75   76