Page 75 - 1-ci cild
P. 75
Jan Batist Molyer
siz nə zaman yüksək cəmiyyətin adamları ilə necə rəftar etməyi
öyrənəcəksiz?
Jorj Danden. Nə olub axı?
Xanım de Sotanvil. Siz nə vaxta qədər mənə qara camaatın
işlətdiyi “qayınana” sözüylə müraciət edəcəksiniz? Nə vaxt
“xanım cənabları” deməyi öyrənəcəksiniz?
Jorj Danden. İşə bax da!.. Əgər siz məni “kürəkən”
çağırırsızsa, mən də sizə “qayınana” deməliyəm!
Xanım de Sotanvil. Əcəb müqayisədi! Axı bunlar başqa-
başqa şeylərdi. Zəhmət çəkin, yadınızda saxlayın ki, mənim
mənsəbimdə olan bir xanıma bu cür müraciət etmək olmaz.
Düzdü, siz bizim kürəkənimizsiniz, ancaq aramızda çox böyük
bir məsafə var və siz də öz yerinizi bilməlisiniz.
Cənab de Sotanvil. Yaxşı, mənim əzizim, qoy getsin!
Xanım de Sotanvil. Ah, cənab de Sotanvil, adam da bu
dərəcədə təvazökar olarmı? Heç vaxt heç kimə anlatmırsınız ki,
sizinlə özünü necə aparsın!
Cənab de Sotanvil. Yox, yox! Məni öyrətmək lazım deyil!
Dəfələrlə sübut etmişəm, özü də çox ciddi sübut etmişəm ki,
hüquqlarımı müdafiə etməyi bacarıram. Ancaq bu dəfə, de
Sotanvil xanım cənabları, sizin tənəniz və təsiriniz kifayətdir. İndi
isə, möhtərəm kürəkən, deyin görək, sizə nə olub?
Jorj Danden. Düzünü bilmək istəsəz, cənab və xanım de
Sotanvillər, mənim…
Cənab de Sotanvil. Dayanın, sevimli kürəkən! Yadınızda
saxlayın ki, mənsəbcə özünüzdən yuxarı olan adamlara familləri
ilə müraciət etmək qanacaqsızlıqdı. Siz gərək “cənab”, “cənablar”
deyəsiniz, familsiz!..
Jorj Danden. Yaxşı, cənab de Sotanvil yox, yalnız cənab,
sizə demək istəyirəm ki, mənim arvadım…
Cənab de Sotanvil. Dayanın! Yadınızda saxlayın ki, söhbət
sizin arvadınızdan gedəndə gərək “mənim arvadım” deməyəsiniz.
Jorj Danden. Vallah, daha dözə bilmirəm! Bəs necə olsun?
Mənim arvadım – mənim arvadımdı, ya yox?
75