Page 79 - 1-ci cild
P. 79
Jan Batist Molyer
Klitandr. İnanıram!
Cənab de Sotanvil. Cənab, mənə xəbər veriblər ki, siz öz
məhəbbətinizlə gənc bir qadını, yəni mənim qızımı izləyirsiniz.
Ancaq nəzərinizə çatdırıram ki, o xanımın taleyi mənim üçün çox
önəmlidir, necə ki mənim kürəkənim olmaq şərəfi qazanmış bax
bu adamın da taleyi.
Klitandr. Kim? Mən izləyirəm?
Cənab de Sotanvil. Bəli, siz. Buna görə də mən fürsətdən
istifadə edib sizdən izahat tələb edirəm.
Klitandr. Bu, böhtandır! Cənab, bunu sizə kim deyib?
Cənab de Sotanvil. Dəqiq məlumata malik olan bir nəfər.
Klitandr. O “bir nəfər” yalan deyib. Mən namuslu adamam.
Doğrudanmı, siz, cənab, elə güman edirsiz ki, mən belə bir
alçaqlığa qadirəm? Mən baron de Sotanvil kimi bir adamın ərli
qızına, gənc, gözəl bir varlığa aşiq olum?! Yox, mənim sizə
hörmətim və sədaqətim bundan artıqdır. Bunu sizə deyən axmağın
biridi…
Cənab de Sotanvil. İndi tut, gəldi, lütfkar kürəkən!
Klitandr. O adam alçaqdır! Nadürüstdür!
Cənab de Sotanvil (Jorj Dandenə). Cavab verin də!
Jorj Danden. Özünüz cavab verin.
Klitandr. Əgər mən bilsəydim ki, o “bir nəfər” kimdir, elə
sizin yanınızdaca şpaqamı onun qarnına soxardım.
Cənab de Sotanvil (Jorj Dandenə). İttihamınızı təsdiq
eləyin!
Jorj Danden. Nə təsdiq eləyəcəyəm, həqiqətdi də!
Klitandr. Deməli, bu, sizin kürəkəninizdi, cənab?
Cənab de Sotanvil. Bəli. Mənə o şikayət eləyib.
Klitandr. Onda qoy taleyinə təşəkkür eləsin ki, sizin
qohumunuzdur! Yoxsa ona göstərərdim mənim haqqımda şayiələr
yaymağın axırı necə olur!
79