Page 81 - 1-ci cild
P. 81
Jan Batist Molyer

Jorj Danden. Onu deyirəm ki, bütün bu sözlərin hamısı
bəbə nağılıdı! Mən bildiyimi bilirəm. Əgər siz də bilmək
istəyirsinizsə, bilin ki, qızınız indicə bunun elçisini qəbul
eləmişdi.

Ancelika. Nə? Mən onun elçisini qəbul eləmişəm?
Klitandr. Mənim elçimi?
Ancelika. Klodina!
Klitandr (Klodinaya). Bu doğrudur?
Klodina. Başdan-ayağa cəfəngiyyatdı! Hətərən-pətərəndi!
Jorj Danden. Kəs səsini, ifritə! Sənin də işlərini bilirəm! O
elçini içəri elə sən özün buraxmısan!
Klodina. Kim? Mən?
Jorj Danden. Bəli, sən! Özünü quzu kimi göstərmə!
Klodina. Aman Allah, necə insanlar var bu dünyada?! Bu
cür işlərdə məndən şübhələnmək! Mən ki aydan arı, sudan du-
ruyam!..
Jorj Danden. Sus, zibil! Özünü avam göstərirsən, amma
mən çoxdan bilirəm ki, hansı yuvanın quşusan!
Klodina (Ancelikaya). Xanım! Doğrudanmı mən…
Jorj Danden. Kəs səsini, dedilər! Səninlə yaxşıca haqq-
hesab çürütmək lazımdı! Sənin də atan-matan zadəgan-zad deyil
ki!
Ancelika. Necə həyasız bir böhtandır! Mən elə bir hiddət
içindəyəm ki, etiraz etməyə də söz tapmıram. Gör necə bir
dəhşətdi! Öz ərin sənə qara yaxır! O ərin ki, ona heç bir pislik
etməmisən! Ah… Məni yalnız ona görə qınamaq olar ki, belə bir
adamla həddən artıq yaxşı rəftar etmişəm!..
Klodina. Əlbəttə!..
Ancelika. Mənim bütün bədbəxtliyim ondadı ki, bu adama
çox hörmət etmişəm. Hərgah o uca göylər lazım bilsəydi k, mən
kiminsə bir başqasının incə hisslərini duyum, onda özümü, heç
olmasa, bir az yüngül hiss edərdim. Öz ərim isə gör mənə nələr
deyir?!.. Xudahafiz, mən gedirəm. Bu cür təhqirlərə qulaq asmağa
halım yoxdur. (Gedir.)

81
   76   77   78   79   80   81   82   83   84   85   86