Page 83 - 1-ci cild
P. 83
Jan Batist Molyer

Jorj Danden (öz-özünə). Ah, Jorj Danden!..
Cənab de Sotanvil. Onda şlyapanızı çıxarın, o zadəgandı,
siz isə yox.
Jorj Danden (şlyapası əlində öz-özünə). Hirs məni boğur!
Cənab de Sotanvil. Təkrar edin: “Cənab…”
Jorj Danden. “Cənab…”
Cənab de Sotanvil. “Sizin haqqınızda pis fikirləşdiyimə
görə…”
Jorj Danden. “Sizin haqqınızda pis fikirləşdiyimə görə…”
Cənab de Sotanvil. “…sizdən üzrə istəyirəm”. (Görür ki,
Jorj Danden dinmir.) Nə oldu?
Jorj Danden. “…sizdən üzr istəyirəm”.
Cənab de Sotanvil. “Ona görə belə oldu ki, mən sizi
tanımaq şərəfinə nail deyildim”.
Jorj Danden. “Ona görə belə oldu ki, mən sizi tanımaq
şərəfinə nail deyildim”.
Cənab de Sotanvil. “Buna görə də, xahiş edirəm, inanasız
ki…”
Jorj Danden. “Buna görə də, xahiş edirəm, inanasız ki…”
Cənab de Sotanvil. “…mən sizin sadiq nökərinizəm”.
Jorj Danden. Deyirsiniz, özümü bu adamın nökəri
adlandırım ki, ailəmə sataşmaq istəyirdi?
Cənab de Sotanvil (yenə də acıqlı). Nə oldu?
Klitandr. Kifayətdir, cənab!
Cənab de Sotanvil. Yox, mən istəyirəm ki, o, bu işi axıra
çatdırsın. Hər şey qaydasınca olsun!.. “…mən sizin sadiq
nökərinizəm”.
Jorj Danden. “…mən sizin sadiq nökərinizəm”.
Klitandr (Jorj Dandenə). Mən isə sizin, cənab! Can-dildən
hər şeyi yaddan çıxarmağa hazıram. (Cənab de Sotanvilə.) Sizi
isə, cənab, bir daha salamlayıram. Əgər sizi azacıq narahat
etdimsə, təəssüfümü bildirirəm!
Cənab de Sotanvil. Siz də mənim ehtiramımı qəbul edin!
İstədiyiniz vaxt böyük məmnuniyyətlə sizinlə birgə dovşan ovuna
gedərdim.

83
   78   79   80   81   82   83   84   85   86   87   88