Page 87 - 1-ci cild
P. 87
Jan Batist Molyer
Lyuben. Xudahafiz, daş, qaya, nə bilim, qəbir daşı, dünyada
nə qədər ki, bərk şey var, xudahafiz! (Gedir.)
Klodina. Gedim məktubu verim xanıma… Budu, özü əriylə
gəlir. Çəkilim qırağa, gözləyim, haçan tək qaldı, gətirib verərəm
məktubu. (Gedir.)

İkinci gəliş

Jorj Danden, Ancelika, sonra Klitandr.

Jorj Danden. Yox, yox, məni aldada bilməzsən! Əminəm
ki, bütün bunlar hamısı həqiqətdi. Mənim gözüm yoxdu bəyəm,
görmürəm? Sizin söz-söhbətiniz gözlərimi qamaş-dıra bilməz!

Klitandr gəlir və səhnənin dərinində dayanır.

Klitandr (öz-özünə). Ah, özüdü, o, gözəldi! Ancaq əri də
yanındadı!

Jorj Danden (Klitandrı görmədən). Nə qədər bəhanələr
gətirsəniz də, öz sözümün üstündə dururam. Mənə həqiqəti
deyiblər. O tellər ki bizi bir-birimizlə bağlayır, siz onlara hörmət
etmirsiniz!..

Klitandr və Ancelika bir-birlərinə təzim edirlər.

Aman Allah, bəsdi təzim etdiniz! Mən belə hörmətdən
danışmıram. Siz həmişə məni ələ salırsız!

Ancelika. Mən? Ələ salıram? Heç vaxt!
Jorj Danden. Mən sizin bütün fikirlərinizi oxuyuram, mən
sizi tanıyıram…

Klitandr və Ancelika yenə bir-birlərinə təzim edirlər.

Yenə? Bəsdi məni ələ saldız! Mən bilirəm, siz öz
nəcabətinizlə lovğalanırsız, mənə yuxarıdan-aşağı baxırsız. Mən

87
   82   83   84   85   86   87   88   89   90   91   92