Page 91 - 1-ci cild
P. 91
Jan Batist Molyer
Klodina. Onlarla tanış olandan sonra Dandenlər, deyəsən,
lap gözünüzdən düşüb.
Ancelika. Burda ol. Gedim ona cavab yazım.
Ancelika gedir.
Klodina. Ona məsləhət vermək lazım deyil ki, mehriban
olsun… Onsuz da, hayıl-mayıldı… Amma…
Beşinci gəliş
Klodina, Klitandr, Lyuben.
Klodina. Amma yaman ağıllı elçi tapmısınız özünüzə,
cənab!
Klitandr. Öz nökərlərimdən birini göndərməyə ehtiyat
etdim. İndi isə, əziz Klodina, göstərdiyin xidmətlərə görə sənə
hörmət edəcəyəm. Hər şeydən xəbərim var… (Ciblə-rini axtarır.)
Klodina. Eh, cənab, vacib deyil! Cənab! Mən ona görə
sizinçün çalışıram ki, buna layiqsiniz… Sizə ehtiramım var.
Klitandr (Klodinaya pul verə-verə). Çox minnətda-ram.
Lyuben (Klodinaya). Əgər biz, onsuz da, evlənəcə-yiksə,
ver o pulu mənə, özümünkülərlə bir yerdə gizlədim.
Klodina. Mən elə özüm bunları o öpüşlə bir yerdə səninçün
saxlayaram.
Klitandr (Klodinaya). Sən mənim məktubumu gözəl
xanımına çatdırdın?
Klodina. Bəli. Getdi sizə cavab yazsın.
Klitandr. Onunla danışmaq olmazmı, Klodina?
Klodina. Olar. Gedək, sizinçün təşkil edərəm!..
Klitandr. Birdən belə bir iş xoşuna gəlmədi? Bir də ki… bu
cürə ehtiyatsızlıq…
Klodina. Yox-yox. Əri evdə yoxdu. Özü də o guya əriylə
heç hesablaşır ki. Təkcə valideynlərini sayır. Əgər siz onun
atasının, anasının xoşuna gəlmisizsə, heç nədən çəkinməyin.
91