Page 95 - 1-ci cild
P. 95
Jan Batist Molyer

Cənab de Sotanvil. Sizə nə olub? Axı nədən şikayət edirsiz?
Bu səhər özünüz eşitdiz ki, qızım dediyiniz o adamı hətta heç
tanımır!

Jorj Danden. Bəli, eşitdim! İndi nə deyərsiz, sübut eləsəm
ki, o arvadbaz bu saat arvadımın yanındadı?..

Cənab de Sotanvil. Arvadınızın yanında?
Jorj Danden. Bəli, arvadımın yanında, özü də mənim
evimdə!
Xanım de Sotanvil. Sizin evinizdə?
Jorj Danden. Bəli, şəxsən mənim evimdə!
Xanım de Sotanvil. Əgər, doğrudan da, belədisə, biz sizin
tərəfinizdə olacağıq.
Cənab de Sotanvil. Əlbəttə, ailəmizin namusu bizimçün hər
şeydən artıqdı! Əgər dediklərinizdə həqiqət olsa, biz öz
qızımızdan əl çəkərik! Onu verərik sizin ixtiyarınıza!..
Jorj Danden. Onda gedək mənimlə!
Xanım de Sotanvil. Baxın ha!.. Səhv etməyəsiz!
Cənab de Sotanvil. Səhərkinin təkrarı olmasın!
Jorj Danden. Ah, Tanrıma qurban olum, odur, baxın!
(Ancelika ilə birlikdə evdən çıxan Klitandrı göstərir). Hə, mən
sizə nə deyirdim?!

Doqquzuncu gəliş

Həmin adamlar, eləcə də Ancelika, Klitandr və Klodina
(bu üç nəfər səhnənin dərinində dayanıb
və o birilərini görmür).

Ancelika (Klitandra). Xudahafiz! Qorxuram, birdən sizi
burda görərlər… Ehtiyatlı olmaq lazımdır.

Klitandr. Mənə söz verin, xanım!.. Söz verin ki, bu gecə
sizi görəcəyəm.

Ancelika. İmkanım daxilində edərəm…

95
   90   91   92   93   94   95   96   97   98   99   100