Page 93 - 1-ci cild
P. 93
Jan Batist Molyer
Lyuben. Yox-yox-yox! Siz istəyirsiz məndən söz alasız, hə?
Jorj Danden. Yox, vallah, yox…
Lyuben. Axmaq tapmısız? Görürəm axı, hara çəkirsiz?
Jorj Danden. Mən başqa şey deyirəm… Qulaq as!
Lyuben. Əlbəttə, siz istəyirsiz biləsiz, vikont Klodinaya necə
pul verdi, Klodina da onu xanımın yanına necə apardı, hə? Daha
nə eləsəz də, demərəm! Mən axmaq deyiləm!
Jorj Danden. Allah xətrinə!
Lyuben. Yox!
Jorj Danden. Sənə pul verərəm…
Lyuben. Zırt! (Gedir.)
Yeddinci gəliş
Jorj Danden təkdir.
Jorj Danden. Mən nahaq yerə bu səfehin köməyinə
arxalanırdım. Amma… İndi yenə ağzından söz qaçırdı… Bax bu,
mənim köməyimə çata bilər. Əgər o dəmdəməki indi mənim
evimdədisə, bundan yaxşı dəlil ola bilməz, qoy atasıyla anası
görsün ki, qızları necə həyasızdı! Amma mən necə eləyim ki, belə
bir dəlilin sanbalı böyük olsun. Bilmirəm də! Məsələ də bundadı!
Əgər mən indi evə girsəm, o alçaq sivişib aradan çıxacaq, sonra
da nə qədər and-aman eləsəm ki, özüm öz rüsvayçılığımı
gözlərimlə görmüşəm, heç kim mənə inanmayacaq, deyəcəklər,
səni qara basıb. Yox, əgər indi qayınatamla qayınanamı axtarmağa
qaçsam, birdən gəlib görərik ki, sivişib aradan çıxıb, yenə qalaram
gic yerində. Yaxşısı budu, yavaşca bir baxım, görüm hələ burdadı,
ya yox? (Açar deşiyindən baxır.) Aman Allah! Daha şübhə yeri
qalmadı! Mən özüm indicə onu açar deşiyindən gördüm. Tale özü
mənim üzümə gülür ki, o “möhtərəm” arvadımı biabır eləyim!
Baxtıma qurban olum, mənim axtardığım hakimlər özləri öz
ayaqlarıyla gəlirlər.
93