Page 97 - 1-ci cild
P. 97
Jan Batist Molyer

Onuncu gəliş

Jorj Danden, cənab de Sotanvil, xanım de Sotanvil,
Ancelika, Klodina.

Ancelika. Ah, ata! Siz burdasız?
Cənab de Sotanvil. Bəli, qızım, burdayıq. Mən gördüm ki,
sən Sotanvillər nəslinin layiqli övladısan! Sənin qeyrətin, sənin
mərdliyin məni valeh etdi! Gəl, gəl bura, səni bağrıma basım!
Xanım de Sotanvil. Gəl öp məni, övladım! Ah, mən
sevindiyimdən ağlayıram. Bizim nəslimizin qanı, budur, göz
qabağındadır!
Cənab de Sotanvil. Möhtərəm kürəkən, görün indi siz necə
də fəxr etməlisiz! Sizinçün necə də xoşbəxt bir hadisədir!
Ürəyinizi yeyirdiniz, ancaq xoşbəxtlikdən daha bütün
şübhələriniz puç olub getdi!..
Xanım de Sotanvil. Əlbəttə, hörmətli kürəkən! Siz indi
dünyanın ən xoşbəxt adamısız!
Klodina. Bəs necə! Bax, arvad buna deyərlər! Siz ona layiq
deyilsiz! Siz gərək onun ayaqları dəyən torpağı öpəsiz!
Jorj Danden (öz-özünə). Ay ifritə!
Cənab de Sotanvil. Hə, lütfkar kürəkən, yəni indi də öz
xanımınıza təşəkkür etməyəcəksiz? Sizə nə dərəcədə bağlı
olduğunu gözlərinizlə gördüz ki!
Ancelika. Yox, yox, ata, lazım deyil! O, mənə heç nədə
borclu deyil. Mən özüm özümə hörmət etdiyim üçün vikontun
cavabını verdim!
Cənab de Sotanvil. Bəs sən hara gedirsən, qızım?
Ancelika. Ata, gedirəm ki, onun (Jorj Dandeni göstərir)
təriflərini eşitməyim.
Klodina (Jorj Dandenə). Sizə hirslənməyə haqqı var! Belə
qadına pərəstiş etmək lazımdı, amma siz onunla rəftar etməyi də
bacarmırsız!
Jorj Danden (öz-özünə). Ləçərin biri ləçər!

97
   92   93   94   95   96   97   98   99   100   101   102