Page 99 - 1-ci cild
P. 99
Jan Batist Molyer

ÜÇÜNCÜ PƏRDƏ

Birinci gəliş

Klitandr, Lyuben.

Klitandr. Artıq gecədir. Görəsən, gecikməmişəm ki? Yolu
heç görə bilmirəm, Lyuben!

Lyuben. Bəli, cənab!
Klitandr. Biz düz gedirik?
Lyuben. Deyəsən, düz gedirik. Tfu, uçurumdu ki! Belə də
axmaq gecə olar? Göz gözü görmür!
Klitandr. Əlbəttə, belə zülmət qaranlıq, bir tərəfdən, pisdi.
Ancaq o biri tərəfdən də, biz heç nə görmürüksə, deməli, bizi də
heç kim görmür!..
Lyuben. Düz deyirsiz, cənab, bir tərəfdən də, pis deyil.
Amma bir sualım var sizə. Oxumuş adamsız, niyə gecələr günəş
olmur?
Klitandr. Bu, çox ciddi sualdı, ona cavab vermək asan
məsələ deyil. Ancaq sən də yamansan ha, Lyuben, dünyada nə
var, hər şeyi bilmək istəyirsən.
Lyuben. Elədir. Əgər mən oxumuş adam olsaydım, elə
şeylər barədə fikirləşərdim ki, dünyada heç kim hələ o şeylər
barədə fikirləşməyib.
Klitandr. İnanıram, Lyuben, inanıram. Sənin sifətindən də
görünür ki, incə zəka sahibisən, gözüaçıq adamsan.
Lyuben. Tamamilə doğrudur! Heç bilirsiz ki, mən latın dilini
də başa düşürəm? Düzdü, heç vaxt bu dili öyrənməmişəm, amma
başa düşürəm. Bu yaxınlarda görürəm ki, böyük bir darvazanın
üstündə “Collegium” yazıblar. O saat başa düşdüm ki, bu,
“kollegiya” deməkdi.
Klitandr. Daha sənə sözüm yoxdu! Sən oxumağı da
bacarırsan?
Lyuben. Hə, amma çap hərflərini oxuya bilirəm. Əl-yazısını
oxumağı öyrənə bilmirəm ki bilmirəm.

99
   94   95   96   97   98   99   100   101   102   103   104