Page 103 - 1-ci cild
P. 103
Jan Batist Molyer

Kolen (səhnənin o biri tərəfində). Nə buyurursuz, ağa?
Jorj Danden. Lənət şeytana! Harda itib-batmısan?
Kolen. Mən burdayam.
Jorj Danden. Səni qara yerə girəsən, alçaq! Hara getmisən?

Jorj Danden Kolenin səsi gələn tərəfə getdikcə, ayaq üstə
mürgü döyən Kolen səhnənin o biri tərəfinə keçir.

Sənə deyirəm ki, uçub gedəsən qayınatamla qayınanamın
yanına, mənim adımdan onlara yalvar-yaxar eləyəsən ki, tez bura
gəlsinlər. Məni yaxşı başa düşdün? Cavab ver! Kolen! Kolen!

Kolen yenə yatmışdı, təzədən oyanır.

Kolen. Nə buyurursuz, ağa?
Jorj Danden. Beləsini gərək dara çəkəsən, dəli eləyəcək
məni! Bura gəl, mənim yanıma!

Bir-birləriylə toqquşaraq yıxılırlar.

Ah, məlun! Əzib şikəst elədi məni! De görüm, hardasan?!
Gəl bura, çəkəcəyəm sənə bir-ikisini! Buna bax, qaçır məndən!

Kolen. Bəs qaçmayım, neyləyim?
Jorj Danden. Mənim yanıma gələcəksən, ya yox?
Kolen. Allah haqqı, gəlməyəcəyəm!
Jorj Danden. Sənə deyirəm bura gəl!
Kolen. Yox, yox! Siz istəyirsiz, məni döyəsiz.
Jorj Danden. Yaxşı, gəl bura! Heç nə eləməyəcəyəm sənə.
Kolen. Doğrudan?
Jorj Danden. Hə, doğrudan. Bura gəl. Gördün? (Kolenin
əlindən tutur.) Bəxtin gətirdi ki, sənə işim düşüb. Yeri, get, mənim
adımdan qayınatamla qayınanamdan xahiş et ki, təcili bura
gəlsinlər, de ki, çox vacib məsələdi! Əgər başlasalar ki, yox,
gecənin yarısıdı, əl çəkmə, başa sal ki, çox vacib məsələdi! Əyin-

103
   98   99   100   101   102   103   104   105   106   107   108