Page 107 - 1-ci cild
P. 107
Jan Batist Molyer

Daha sizin o lovğalığınız-zadınız kara gəlməyəcək, ifşa
eləyəcəyəm bütün kələklərinizi! İndiyə qədər mənə gülürdüz, o
saat valideynlərinizlə himləşib sudan quru çıxırdız. Nə görsəm
də, nə desəm də, sizin hiylələriniz üstün gəlirdi, hər şeyi ört-basdır
eləyə bilirdiz. İndi daha, çox şükür ki, hər şey aydın olacaq, sizin
bütün həyasızlığınız üzə çıxacaq!

Ancelika. Xahiş edirəm, qapını açın!
Jorj Danden. Yox, yox! Gözləyin, valideynləriniz gəlib
çıxsınlar, sonra! Qoy gecənin yarısı sizi beləcə küçədə görsünlər!
Hələ vaxtınız var, fikirləşin, görün bu dəfə necə sudan quru
çıxacaqsız… Bir bəhanə tapın, sizi təmizə çıxarsın, bir hiylədən-
zaddan quraşdırın ki, camaatın başını aldadasız, yenə təmiz
olasız! Niyə çıxmışdız bu gecə gəzintisinə? Ona görə ki,
quraşdırın da, misal üçün, rəfiqəmin sancıları tutmuşdu, getdim
ona kömək eləməyə, hə? Necədi?
Ancelika. Yox, mən sizdən heç nə gizlətməyəcəyəm. Əgər
sizə, onsuz da, hər şey aydındısa, mən daha öz günahımı
yumayacağam, heç nəyi boynumdan atmayacağam.
Jorj Danden. Hə, bu dəfə daha hər şey qurtardı! Nə desəz
də, sizə inanan olmayacaq! İfşa edəcəyəm sizi!
Ancelika. Düzdü, mən günahkaram, məndən narazı olmağa
haqqınız var. Ancaq yazığınız gəlsin mənə, valideynlərimə bir şey
deməyin, qapını açın.
Jorj Danden. Yo-ox, bağışlayın!
Ancelika. Mənim əzizim, ərim, yalvarıram sizə!
Jorj Danden. Ha-a, “mənim əzizim, ərim!” Elə ki tutmuşam
yaxanızdan, olmuşam sizinçün “mənim əzizim, ərim”, hə? Çox
gözəl! Əla! Qabaqlar mənə belə incə-mincə sözlər demək ağlınıza
da gəlmirdi.
Ancelika. Qulaq asın, söz verirəm ki, bir də heç vaxt sizi
incitməyəcəyəm, bir də heç vaxt…
Jorj Danden. Keçməz! Mən belə fürsəti fövtə vermərəm!
Qoy hamı görsün ki, siz necə pozğunsuz!

107
   102   103   104   105   106   107   108   109   110   111   112