Page 111 - 1-ci cild
P. 111
Jan Batist Molyer

ərimdən qurtarın! İçkidən, qısqanclıqdan onun başı xarab olub,
heç özü də bilmir nə eləyir, nə danışır! Özü sizin dalınızca adam
göndərib ki, bu biabırçılığın şahidi olasız! Bütün gecəni onu
gözləmişəm, axır ki, gəlib çıxıb! Ancaq indi ona qulaq assaz,
mənim haqqımda böhtanlar yağdıracaq, guya gizlicə ondan qaçıb
harasa getmişəm, nə bilim, nə eləmişəm… Onu qara basır!

Jorj Danden (öz-özünə). Ay səni, ifritə!
Klodina. Hə, elədi, bizi inandırmaq istəyirdi ki, guya o,
evdəymiş, biz isə çöldə! Dediyini tutub dayanıb!
Cənab de Sotanvil. Necə? Bu nə deməkdi belə?
Xanım de Sotanvil. Onun hələ bir cəsarəti çatıb, bizi də bura
çağırdıb?!
Jorj Danden. Mən heç vaxt…
Ancelika. Yox, mənim əzizlərim, mən daha belə ərə dözə
bilmirəm, səbrim daha tükənib. O, indi mənə elə sözlər deyirdi
ki… Ay aman!
Cənab de Sotanvil (Jorj Dandenə). Siz namussuz adamsız,
lənət şeytana!
Klodina. O, bu bədbəxt gənc qadınla gör bir necə rəftar
eləyir, mən baxa bilmirəm! Elə bir biabırçılıqdı ki, adı yoxdu!
Jorj Danden. Axı…
Cənab de Sotanvil. Bəsdirin! Mən sizin yerinizdə olsaydım,
utanıb gora girərdim!
Jorj Danden. Bir aman verin, deyim ki…
Ancelika. Baxın, bir qulaq asın ona, görün, kim bilir, nələr
deyəcək!
Jorj Danden (öz-özünə). Mənim əlim, ayağım quruyur!
Klodina. O qədər içib ki, yanında dayanmaq da mümkün
deyil! Çaxırın iyi bura da gəlib çıxır!
Jorj Danden. Möhtərəm qayınatam! Yalvarıram sizə…
Cənab de Sotanvil. Çəkilin! Elə çaxır iyi verir ki, adamın
beyni çatlayır!
Jorj Danden. Xanım! Sizdən rica edirəm…
Xanım de Sotanvil. Fu! Yaxın gəlməyin! Sizin nəfəsiniz
bütün havanı korlayır!

111
   106   107   108   109   110   111   112   113   114   115   116