Page 113 - 1-ci cild
P. 113
Jan Batist Molyer

hay-küyə səbəb olur. Sən gərək ondan ağıllı olasan, səbirli,
dözümlü olasan!..

Ancelika. Bu qədər təhqirlərdən sonra yenə dözüm?! Yox,
ata, mən buna razı deyiləm.

Cənab de Sotanvil. Belə lazımdı, qızım, mən sənə belə
buyururam.

Ancelika. Sizin sözünüz mənimçün qanundu, ata, nə
desəniz, edərəm.

Klodina. Ah, məsumluğa bir bax!
Ancelika. Belə bir incikliyi yaddan çıxarmaq çox çətindi!
Ancaq mən nə qədər iztirab çəksəm də, sizə qulaq asmalıyam!
Klodina. Yazıq lap quzudu, quzu!
Cənab de Sotanvil (Ancelikaya). Yaxın gəl!
Ancelika. Ancaq bütün bunların əhəmiyyəti yoxdu!
Görərsiz, sabah da bu, təzədən təkrar olunacaq!
Cənab de Sotanvil. Eybi yox, biz qayda-qanun yaradarıq.
(Jorj Dandenə.) Diz üstə çökün!
Jorj Danden. Diz üstə?
Cənab de Sotanvil. Bəli, diz üstə! Tez!
Jorj Danden (diz çökür və öz-özünə). Ey Ulu Tanrı! (Cənab
de Sotanvilə.) Mən nə deməliyəm?
Cənab de Sotanvil. “Xanım, özümü beləcə dəli kimi…”
Jorj Danden. “Xanım, özümü beləcə dəli kimi…”
Cənab de Sotanvil. “…apardığım üçün…”
Jorj Danden. “…apardığım üçün…”
Cənab de Sotanvil. “…xahiş edirəm, məni bağışlayasınız!”
Jorj Danden. “…xahiş edirəm, məni bağışlayasınız!” (Öz-
özünə.) Ona görə yox e, ona görə bağışlayasız ki, sizin kimi
ifritəylə evlənmişəm…
Cənab de Sotanvil. “Sizə söz verirəm ki, düzələcəyəm”.
Jorj Danden. “Sizə söz verirəm ki, düzələcəyəm”.
Cənab de Sotanvil. Baxın ha! Məlumunuz olsun ki, axırıncı
dəfədir, sizin belə qaba hərəkətinizə dözürük!

113
   108   109   110   111   112   113   114   115   116   117   118