Page 117 - 1-ci cild
P. 117
Áåðíàðä Øîó

(iki yüz əlli min!) məktub yazıb və bu məktubların böyük əksə-
riyyəti sadə oxucu məktublarına cavabdır.

Şou dialoqlarında intellektuallıqla, hətta mən deyərdim ki,
elitarlıqla onun yaratdığı xarakterlərin təbiiliyi (xəlqiliyi!)
arasında qəribə bir bədii-psixoloji vəhdət var və biz bu cəhəti
“Milyonçu qadın” pyesində (özü bu əsəri “təmtəraqlı komediya”
adlandırır) aşkar görürük. Dialoqlar gizli, yaxud açıq ironiya ilə,
incə yumorla zəngindir və burada şitliyə, yüngül hırıltı doğuracaq
situasiyalara, bayağı söz oyunlarına rast gələ bilməyəcəksiz.
Düzdür, Şou bəzən “Milyonçu qadın”da Edriaen Blenderblendin
yaralanması səhnəsində olduğu kimi, buffonada elementlərindən
istifadə edir, ancaq bu tipli səhnələrin özündə də həmin ironiya,
həmin incə yumorla bayağılıq arasındakı sərhəd çox ciddi
qorunur. Elə bil bu dialoqları dramaturq özü yazmır, bunları per-
sonajlar ona diktə edir və qoca Şounun özü də onlara qulaq asa-
asa, onların bir-birlərinə dediklərini ağ kağıza köçürə-köçürə
gülür.

“Milyonçu qadın”ın baş və ekssentrik qəhrəmanı Epifaniya,
məncə, Şounun ən duzlu-şirəli, ətli-qanlı obrazlarından biri,
birincilərdən biridir və əgər, doğrudan da, bu əsər bilavasitə
personajların mistik diktəsi ilə yazılsaydı, mən şübhə etmirəm ki,
danışıq tərzi, mühakimələri, iddiaları, məntiqli həyasızlığı ilə onu
ən çox güldürən milyonçu qadın Epifaniya olardı.

Şou “Drama və teatr haqqında” yazdığı məşhur essedə
dramaturgiyanı iki yerə ayırır: sosial problemlərdən bəhs edən
pyeslər və “individual insan xarakterlərini” açan pyeslər. (B.Şou.
O drame i teatre, Moskva, 1963, str. 182.)

Sovet ədəbiyyatşünaslığı isə bu “Şou təsnifatı”nı nəinki
qəbul edir, hətta bundan sui-istifadə edirdi və dolayı yolla da olsa,
üstünlüyü sosial problematikaya verirdi.

Belə bir ideoloji bucaq altından baxdıqda, əlbəttə, Epifaniya
“nisbətən az inandırıcı personaj” kimi qiymətləndirilirdi, çünki
sosrealizm ədəbiyyatının əsas qəliblərindən birini – surətlərin

117
   112   113   114   115   116   117   118   119   120   121   122