Page 119 - 1-ci cild
P. 119
Áåðíàðä Øîó

Həqiqəti deməkdən gülməli bir şey yoxdur – bu, bütün Şou
yaradıcılığına (bizdə Sabir yaradıcılığında, Mirzə Cəlil yara-
dıcılığında olduğu kimi) şamil edilə biləcək bir devizdir və onun
pyeslərinin biri çox yüksək bədii səviyyəli, o biri nisbətən zəif ola
bilər, ancaq onlarda yalan, falş yoxdur, onlar sadəlövhlüyün yox,
müdrikliyin ifadəsidir.

“Milyonçu qadın”ı tərcümə edərkən Şou ironiyasının, yu-
morunun təravəti bir xatirəni mənim yadıma saldı: Slovakiyada,
Avropanın qədim şəhərlərindən biri Mariborda 400 il yaşı olan
(!) bir üzüm ağacı bitir və o üzüm ağacı bu gün də (400 ildən
sonra!) qış yuxusundan oyanaraq təzə-tər yarpaqlarla yarpaq-
layır, sağlam salxımlar yetişdirir. Bu ağac ildə 60 kilo üzüm verir,
o üzümdən 40 litr çaxır hasil olunur və insanlar bu gün də o
çaxırdan içərək deyib-gülürlər, müsbət emosiya alırlar.

Bernard Şou “Milyonçu qadın”ı 1935–36-cı illərdə, səksən
yaşında yazıb, ancaq heç bir mübaliğəyə varmadan deyim ki,
onun səksən, doxsan yaşlarında da yazdığı pyeslər oynaq, şux
estetikası ilə əsl gənclik şövqünün, ehtirasının, enerjisinin ifadə-
sidir.

Şounun bioqrafiyasında bir fakt da var ki, ondan söhbət
düşəndə bəziləri bunu razılıqla, bəziləri isə böyük təəssüf hissi ilə
xatırlayırlar: 1931-ci ildə – İosif Stalinin hələ “allahlaşdırıl-
madığı” bir dövrdə Şou Sovet İttifaqına ongünlük səfər edib və
Stalinlə görüşüb. Stalin, adətən, xarici qonaqları iyirmi dəqiqədən
artıq qəbul etmirdi, Şou ilə söhbət isə iki saat iyirmi dəqiqə çəkib
və bu görüşdən sonra bəyanat verərək Stalin haqqında məşhur
sözlərini deyib: “Stalin nəhəngdir, ancaq Qərb xadimlərinin
hamısı piqmeydirlər”.

Piqmeylər Afrika cəngəlliklərində yaşayan xalqlar arasında
ən qısaboylulardır.

Düzdür, 1931-ci ildə Stalin hələ stalinizmin təcəssümü de-
yildi, 1937–38-ci illər hələ irəlidə idi, ancaq bir cəhət var ki, Şou
ömrünün sonuna qədər, yuxarıda dediyim kimi, Sovet İttifaqının

119
   114   115   116   117   118   119   120   121   122   123   124