Page 123 - 1-ci cild
P. 123
Áåðíàðä Øîó

düşmüş portreti asılıb. Sağ küncdə, qapının yanında da hansısa
başqa bir hakimin büstü qoyulub. Divarın qalan hissəsini isə kitab
rəfləri tutub və bu rəflərə dana dərisindən cild çəkilmiş qovluq-
larda məhkəmə qərarları yığılıb.

Dediyimiz kimi, mister Segemorun arxa tərəfindəki divarda
böyük pəncərə var və o pəncərənin yanındakı rəflərdə isə
müştərilərin adları yazılmış qara rəngli dəmir qutular yığılıb.

Bütün bu deyilənlər elə təəssürat yarada bilər ki, guya
söhbət XVIII əsrdən gedir, amma indi 1935-ci ildir və mister
Segemor da səliqə-sahmanı sevən adamdır. Ona görə otaq da,
əşyalar da tərtəmizdir və mister Segemor istəyir ki, hər şey onun
işlərinin əla getdiyindən xəbər versin, qadın müştərilər isə onun
qarşısında özlərini həvəslə gözəl göstərmək istəsinlər.

Döşəməyə yaşıl rəngli təzə və bahalı xalça salınıb. Otaqdakı
altı ədəd saxta Çipendeyl kürsüləri də təptəzədir və onların dördü
kitab rəflərinin qarşısına düzülüb: birində vəkil özü əyləşib,
altıncısı isə yazı mizinin qabağına qoyulub ki, müştəri burada
əyləşsin. Mizin üstündə, Segemorun əlinin altında telefon var.

Telefon zəng çalır.

Segemor (dəstəyi qaldıraraq). Eşidirəm. (Xoş bir təəccüblə.)
O-o-o!.. Onu tez içəri ötürün.

Zövqlə geyinmiş gözəl və sağlambədənli xanım sürətlə otağa
daxil olur. Onun sifətində faciəvi bir ifadə var.
Vəkil cəld ayağa qalxır.

Xanım. Mənim müvəkkilim Pontifeks Segemorun o nanəcib
qardaşı oğlu Culius Segemor sizsiz?

Segemor. Mən heç vaxt nanəcib adam olmamışam.
Pontifeks Segemor isə, bəli, həqiqətən, mənim əmimdir. Ona görə
də Avstraliyadan qayıtmışam ki, onun müştərilərinin mənə etibar
edəcəkləri işi öz üzərimə götürüm.

Xanım. Əminiz sizin haqqınızda mənə danışmışdı. Mən də,
təbii, fikirləşdim ki, əgər sizi Avstraliyaya ötürüblərsə, deməli, siz

123
   118   119   120   121   122   123   124   125   126   127   128