Page 127 - 1-ci cild
P. 127
Áåðíàðä Øîó

Epifaniya. Niyə?
Segemor. Bilmirəm. Amma heç biri içmir.
Epifaniya. Mən isə içəcəyəm. Sizi də, ümidvaram ki, o
resepti mənə verdiyiniz üçün asacaqlar!
Segemor. Mən sizin vəkiliniz kimi hərəkət edirəm. Deyirsiz
ki, intihar etmək istəyirsiz, mən də kömək etməliyəm. Nə
imkanım varsa, etməliyəm ki, çox qaz işlətməyəsiz, ya da
özünüzü Serpentayna atmayasız. Buna görə də sizin
qəyyumlardan altı şillinq səkkiz pens alacağam.
Epifaniya. Nəyə görə? Mənə məsləhət verməyinizə görə ki,
necə intihar edim?
Segemor. Bəli. Ancaq bu gün yox, sabah intihar edin.
Epifaniya. Niyə təxirə salım ki?
Segemor. Ona görə ki, sabah bugünkündən çətin olmayacaq.
Ancaq bu gün nəsə maraqlı bir hadisə baş verə bilər. Bir sözlə,
tələsməyin mənası yoxdur.
Epifaniya. Kobudun biri kobud! Siz… siz donuzsuz! Mənim
həyatım sizin üçün heç nədir! Siz heç soruşmadız ki, mən niyə
intihar edirəm. Siz öz müştərilərinizin ölümüylə pul qazanırsız!
Segemor. Tamamilə doğrudur. Sizin intiharınız ciddi
məsələdir və Elester də, şübhəsiz ki, bu məsələ ilə məşğul olmağı
mənə tapşıracaq.
Epifaniya. Deməli, siz bu ümiddəsiz ki, mən intihar
edəcəyəm, siz də qazanacaqsız?
Segemor. Bu ümidi siz verirsiniz, xanım.
Epifaniya. İlahi! Bu adam nələr danışır!? Yəni indiyəcən
sizin ağlınıza gəlməyib ki, taleyindən küsmüş bir qadın zəhər
reseptinə yox, təsəlliyə möhtacdı?
Segemor. Doğrusunu deyim ki, mən intihar tərəfdarı
deyiləm, belə şeylərə rəğbətim yoxdur. Ancaq bu intihar olacaqsa,
qoy elmi əsaslarla tez və ağrısız olsun.
Epifaniya. Siz heç soruşmadız Elester mənə nə edib!?
Segemor. Siz öləndən sonra daha heç bir mənası yoxdur ki,
Elester nə edib, nə etməyib. Bunu soruşmağın nə əhəmiyyəti var?

127
   122   123   124   125   126   127   128   129   130   131   132