Page 125 - 1-ci cild
P. 125
Áåðíàðä Øîó

Epifaniya. Onun üçün otuz milyon nə idi? O, yüz əlli milyon
itirdi. Söz vermişdi ki, mənə iki yüz milyon miras qoysun, ancaq
cəmi-cümlətanı otuz milyon oldu. Elə bu da onun ürəyini
partlatdı!

Segemor. Hər halda, ildə milyon yarım gəlir…
Epifaniya. Əzizim, siz miras vergisini yaddan çıxarırsız.
Mənə ildə yeddi yüz min ancaq qalır. Heç başa düşürsüz ki, bu,
mənim üçün nə deməkdir? Məni yeddi rəqəmli gəlirlərlə
bəstələyiblər! İnsanı bu cür alçatmaq olar?
Segemor. Xanım, doğrusu, mən sizə məəttəl qalıram.
Epifaniya. Mən indi özüm özümə məəttəl qalmağa
başlayıram, odur ki, sizin problemlər mənlik deyil!
Segemor. Hə, yadıma düşdü! İntihar məsələsi. Tamam
yadımdan çıxmışdı.
Epifaniya. Doğrudan? Onda, zəhmət olmasa, bir dəqiqəliyə
yadınıza salın, vəsiyyətnaməni hazırlayıb verin, qol çəkim. Nəyim
varsa, hamısını Elesterə vəsiyyət edirəm.
Segemor. Onu alçaltmaq üçün?
Epifaniya. Yox. Onu məhv etmək üçün! Elə olsun ki, heç
izi-tozu da qalmasın! Bu bambılı elə qəzaya uğrasın ki, tikəsi də
tapılmasın! Pulu görüb çaşacaq! Mən bilirəm!.. Mən görmüşəm,
pul ona necə təsir edir!
Segemor. Mən də bir-iki dəfə belə hadisəyə təsadüf
etmişəm. Ancaq belə şeyləri əvvəlcədən bilmək olmur. Sizin
əriniz ağıllı bir qadınla evlənə bilər.
Epifaniya. Düz deyirsiz. Onda yazın ki, Elester o şərtlə varis
olur ki, mən dəfn olunandan sonra bir ay müddətində ifritə Polli
Corabsız ilə evlənsin.
Segemor (yaza-yaza). Qəribə familiyadır!
Epifaniya. Onun əsl adı Patrisiya Smitdir. Ancaq Elesterə
yazdığı məktubları Polli Corabsız kimi imzalayır. Yəqin, işarə
vurur ki, ona beş-altı corab alsın.
Segemor (başqa kağız götürüb yazmağa davam edir). Mən
Polli ilə görüşmək istərdim.

125
   120   121   122   123   124   125   126   127   128   129   130