Page 129 - 1-ci cild
P. 129
Áåðíàðä Øîó

Segemor. Doğrusu, dəqiq bilmirəm. Gərək kitablara baxım.
Epifaniya. Zəhmət çəkməyin. İnandırıram sizi ki, qanun
mən deyən kimidir! Mənim atam da bu sərhədi keçmirdi, hər dəfə
də qanunu öz vəkillərinə başa salırdı. Ədliyyə işçiləri qanunları
bilmir. O yerdə ki məsələ gəlib məhkəməyə çıxır, onda əlinizdən
nəsə bir iş gəlir. Mənim atam böyük insan idi: hər gün elə şeylər
edirdi ki, başqalarının heç ağlına da gəlməzdi. Mən də onun qızı
kimi, böyük insanam! Ona görə də qanunları sizə mən
deyəcəyəm, siz isə ancaq mənim dediklərimə əməl edəcəksiz!
Segemor. Bu, bizim münasibətlərimizi çox sadələşdirəcək,
xanım.
Epifaniya. Bir şeyi də yadınızda saxlayın: mənim yumor
hissim yoxdur. İmkan vermərəm ki, kimsə yumor adıyla mənə
gülsün.
Segemor. Bir müştərinin ki illik gəliri az qala bir milyon
olsun, ona gülmək mənim ağlıma da gəlməz!
Epifaniya. Bəs sizin necə, yumor hissiniz var?
Segemor. Deyəsən, var, ancaq mən onun yüyənini möhkəm
dartıram. Bilmirəm niyə, amma siz də onu… o hissi bir az… e-e-
e… qıcıqlandırırsız…
Epifaniya. Belə olduğu halda, hər sözümü ölçüb-biçərək,
çox ciddi şəkildə bəyan edirəm: siz daşürəkli yaramazın birisiz!
Mənim bu cür ağır, alçaldılmış vəziyyətim, biabırçılıq içində
olmağım, həyatımın məhv edilməsi sizdə gülüş doğurur?! Əgər
atam mənə deməsəydi ki, yumor hissi olmayan vəkillərdən uzaq
dur, mən bu dəqiqə burdan çıxıb gedərdim! Mənim kimi müştəri
də əlinizdən çıxardı! O müştəri ki, onun sayəsində, bəlkə də, bir
xəzinə qazana bilərsiz!
Segemor. Axı, əziz ledi, sizin dediyiniz o biabırçılıqdan da,
həyatınızın məhv olmasından da, o birilərindən də mənim
xəbərim yoxdur. Bilmədiyim şeyə mən necə gülə bilərəm? Buna
“gülmək” deyirsiz? İnandırıram sizi ki, əgər mən, doğrudan da,
gülürəmsə, o zaman sizin dərdinizə yox, özünüzə gülürəm.
Epifaniya. Eləmi? Yəni mən dərd içində də gülməliyəm?

129
   124   125   126   127   128   129   130   131   132   133   134