Page 133 - 1-ci cild
P. 133
Áåðíàðä Øîó

bir səhv buraxdım. Fikirləşdim ki, bu məğlubedilməz idmançı,
yəqin, ehtiraslı məşuq olacaq. Əsla!.. Onun bütün gücü
yumruğundadır. Ölənəcən yadımdan çıxmaz ki, evliliyimizin ilk
ayında onun soyuqluğu məni elə cin atına mindirdi ki, onun
üstünə atıldım. O da həmin idbar zərbəsi ilə məni yerə sərdi. Sizi
heç günəş kələfinə vurulan zərbə ilə yerə səriblər?

Segemor. Allaha şükürlər olsun ki, yox. Mən boksçu
deyiləm.

Epifaniya. Çənəyə vurulan birbaşa zərbədən fərqli olaraq,
belə zərbədən sonra adam huşunu itirmir. O görəndə ki mən yerdə
ağrıdan necə qıvrılıram, dəhşətə gəldi. Dedi ki, zərbəni bilərəkdən
endirməyib. Sövq-təbii olub, çünki rəqibin hücumundan həmişə
belə müdafiə olunur. Ancaq buna baxmayaraq, məni hədələdi ki,
yenə özümdən çıxsam, hər şey təkrar oluna bilər.

Segemor (məyus). Heç ağlıma gəlməzdi ki, Elester belə
şeylər edə bilər!

Epifaniya. Nə? Boş-boş danışmayın! Bunu mən özüm
ondan xahiş etmişəm. Bu cür olanda özümü ələ almaq mənimçün
asan olur. Güc Elesterin çox az cəhətlərindən biridir ki, adama
təsir edir. O, vuruşanda enerjilidir, ciddidir, ağılla hərəkət edir.
Elə buna görə də mən, az qalır ki, ona hörmət edim.

Segemor. Onda bəs məsələ nədədir? Niyə ondan qurtulmaq
istəyirsiz?

Epifaniya. Mən özüm özümdən qurtulmaq istəyirəm. Mən
özümü cəzalandırmaq istəyirəm ki, belə bir axmağa ərə gedib
həyatımı məhv etmişəm. Mən, Epifaniya Onisanti di Parerqa, elə
hesab edirdim ki, İngiltərənin ən görkəmli xanımı kimi, ən layiqli
kişiyə ərə gedirəm. Əslində isə, mənim kimi bir xanım, sən demə,
dovşana ərə gedib. Mənə ancaq ölmək qalırdı. Sizin səfeh
sözləriniz isə mənim qətiyyətimə təsir etdi, ona görə də indi heç
özüm də bilmirəm nə istəyirəm? İyrənc bir vəziyyətdir! Mən o
qadınlardanam ki, onlar həmişə nəsə istəyir və istədiyinə də nail
olurlar.

Segemor. Siz… hər şeyi ələ keçirməyi bacaran bir
qadınsız… Hə, belədir ki var!

133
   128   129   130   131   132   133   134   135   136   137   138