Page 137 - 1-ci cild
P. 137
Áåðíàðä Øîó

Patrisiya (əvvəlkitək sakitcə davam edir). …ancaq nə etmək
olar, dünya belə qurulub.

Epifaniya. Biz özümüz necəyiksə, dünya da bizimçün elədir.
Sizin dünyanız mənim dünyam deyil. Hər bir qadının dünyası
onun öz ruhundadır. Mister Segemor, eşidin. Mən bu adama ərə
getmişəm. Mən bu adamı öz dünyama buraxmışam, xəyalımdakı
qəhrəmanların, müqəddəslərin içinə! O, birinci real insan idi ki,
həmin dünyaya buraxılırdı. Mən elə bilirdim ki, o, qəhrəmandır,
müqəddəs bir varlıqdır, sevgilimdir. Ancaq kim çıxdı – özünüz
baxın!

Elester qızararaq yerindən sıçrayıb yumruqlarını sıxır.

Elester. Lənət şeytana! Mən buna dözə bilmərəm!

Epifaniya da ayağa qalxır və əzabkeş bir qadın
görkəmi alaraq ona baxır.

Epifaniya. Hə, vur! (Patrisiyaya tərəf işarə edərək.) Göstər
ona ki, sən necə nakauta sala bilirsən! Qoy görsün ki, sən
qadınlarla necə rəftar edirsən!

Elester (özünü itirərək). Sənə lənət olsun! (Yenə əyləşir.)
Patrisiya. Əsəbiləşmək lazım deyil, Elli. Özünü mister
Segemorun gözündən salacaqsan. Məncə, yaxşısı budu ki, sən evə
gedəsən, biz onunla özümüz hər şeyi aydınlaşdı-rarıq.
Epifaniya. Zəhmət olmasa, mənim haqqımda üçüncü şəxs
kimi danışmayın. Mən sizin üçün şəxs əvəzliyi yox, missis
Fisfesendenəm!

Epifaniya təkəbbürlə yerində əyləşir.

Patrisiya. Bağışlayın, ancaq sizin elə bir familiniz var ki,
adamın dili dolaşır. Mister Segemor, sizə də elə gəlmir ki, Elli evə
getsə yaxşıdı? Yaxşı olmur axı, o, burda əyləşib, biz də onun

137
   132   133   134   135   136   137   138   139   140   141   142