Page 139 - 1-ci cild
P. 139
Áåðíàðä Øîó

Segemor. Edrien? Yenə aləm qarışdı!.. Edrien kimdi?
Patrisiya. Edrien – bazar günlərində missis Fisfesendenin
əridir, mister Segemor.
Epifaniya. Necə dediz? Mənim kimimdir?
Patrisiya. Bazar günləri sizin əriniz! Elli mənə kimdirsə,
mister Edrien Blenderblend də sizinçün həmin adamdır. Siz hər
şeyi çox gözəl başa düşürsüz.
Segemor. Ancaq mən heç nə başa düşmürəm. Cürət edib
soruşuram, missis Fisfesenden, mister Blenderblend sizin
nəyinizdir?
Epifaniya. O-o-o!.. Mister Blenderblend o adamdır ki,
mənim bu məhdud təfəkkürlü ərimin dərrakəsi dərk etməyən
şeylər barədə mən bax həmin centlmenlə oturub söhbət edirəm.
Elester. Həmin adam yalnız ona görə özünü intelligent kimi
qələmə verir ki, atası naşir olub. Eppinin ətrafında fırlanır, özünü
elə aparır ki, guya ona aşiq olub. Bilirsiz niyə? Çünki Eppinin
yaxşı aşpazı var. Yeməkdən başqa, heç nə həmin adamın vecinə
deyil. Həmişə də ya səhər yeməyi vaxtı, ya da nahar vaxtı gəlir.
Qarınqulunun biridir ki var! (Epifaniyaya işarə edərək.) Məndən
isə tələb edirlər ki, ona dözüm! Ancaq mən gözümün ucu ilə
Polliyə baxdımsa, vəssalam!.. Mərəkə başlayır!
Epifaniya. Bu, tamam başqa məsələdi. Edrien mənim ayaq
basdığım torpağa səcdə edir. Ancaq sən özündən bədgüman olma,
elə bilmə ki, Corabsız da sənin ayaq basdığın torpağa səcdə edir.
Hələlik sənə dözür ki, ona corab, yəqin, corabdan da başqa nələrsə
alırsan.
Patrisiya. Mübahisə etmək istəmirəm – mübahisə
qanqaralığı gətirir. Ancaq mən, deyəsən, doğrudan da, Elliyə baha
başa gəlirəm. O, mənə elə gözəl şeylər bağışlayır ki, özüm onları
ala bilmirəm.
Elester (mehribancasına). Yox, Polli, sən mənə baha başa
gəlmirsən. Axı sən özün xalis qızılsan. Mənim gətirdiyim zir-
zibildi, bilirəm, onları sən heç xoşlamırsan da. Sən mənim
pullarımı mənim özümdən də çox qoruyursan.
Epifaniya. O-o-o… Necə də təsirlidi! (Patrisiyaya.) Hə,
elədi, düzdü, siz bazar günləri onun arvadısız.

139
   134   135   136   137   138   139   140   141   142   143   144