Page 143 - 1-ci cild
P. 143
Áåðíàðä Øîó

Segemor (təzim edərək). Sizə təşəkkür edirəm, ser. Ancaq
üzr istəyirəm, sizin öz vəkiliniz yoxdur?

Edrien. Əziz mister Segemor, heç vaxt bir adamın fikri ilə
oturub-durmaq olmaz. Xəstələnəndə mən ən azı altı həkimə
müraciət edirəm. Onların dedikləri də, reseptləri də həmişə bir-
birinə zidd olur, ona görə bir daha əmin oluram ki, ən doğrusu
odur, özün özünü müalicə edəsən. Hüquqi bir məsələ ortaya
çıxanda mən altı vəkillə məsləhətləşirəm, yenə də…

Epifaniya (onun sözünü kəsərək). Edrien, sizə məlum
olduğu kimi, mənim yumor hissim yoxdur. Siz belə boş şeylər
danışanda ki, guya gülməlidir, mənim xoşuma gəlmir. Siz bura
gəlmisiz ki, mister Segemorla mənim barəmdə məsləhətləşəsiz?

Edrien. Tamamilə doğrudur. Ancaq mən, əlbəttə, elə
bilirdim ki, o, tək olacaq.

Patrisiya. Burda isə, sən demə, əcaib bir dəstə yığılıb.
Epifaniya. Mən sizlə yox, mister Blenderblendlə danışıram.
Özüm də sizin dediyiniz o eybəcər dəstəyə məxsus deyiləm.
Patrisiya. Üzr istəyirəm, əzizim. Sadəcə onu demək
istəyirdim ki, mən də qulaq asıram.
Segemor (Edrienə). Sizin mənimlə məsləhətləşmək
istədiyiniz məsələnin missis Fisfesendenin ailə işləri ilə əlaqəsi
var?
Edrien. Bəli.
Segemor. Və bu, elə bir məsələdir ki, əvvəl-axır onun bütün
ailə üzvləri ilə müzakirə etmək lazım gələcək?
Edrien. Bəli. Yəqin ki, hə. Ancaq yaxşı olmazdımı, bunu
əvvəlcə qeyri-rəsmi müzakirə edək?
Epifaniya. Qətiyyən! İstəmirəm ki, mənim işlərim
başqalarının yanında rəsmi, ya da qeyri-rəsmi müzakirə olunsun.
Mənim işlərim ancaq mənə aiddir!
Edrien. Mən bəyəm öz şəxsi işlərim barədə danışa
bilmərəm?
Epifaniya. Mənim vəkilimlə yox. Mən buna imkan
vermərəm.

143
   138   139   140   141   142   143   144   145   146   147   148