Page 147 - 1-ci cild
P. 147
Áåðíàðä Øîó

əlli minə çatdırmaq olar. Siz elə varlısız ki, Epifaniya, hər bir
nəcib insan sizlə təmasda olanda özünü acından ölən bir avantürist
hesab edir. Siz bilmirsiz ki, yül əlli funtu böyük bir məbləğ hesab
edən kişi bir milyonu bir sancaq qiyməti hesab edən qadının
ağuşunda özünü necə hiss edir?

Epifaniya. Eləcə də siz başa düşə bilmirsiz ki, qadın onu
qucaqlayanda – hansı ki onu lap iyirmi dəfə satın ala bilər – nələr
hiss edir.

Edrien. Əgər mən yüz əlli funtu sizə versəm, onu mənim
üçün yaxşıca yerləşdirə bilərsiz?

Epifaniya. Mən? Əlbəttə! Həftədə yetmiş mindən az bir
məbləğlə əməliyyat keçirən adam birjada heç nə qazana bilməz.
Siz, Edrien, pul məsələlərinə girişməyin, çünki bundan başınız
çıxmır. Mən nə lazımdısa, sizə verəcəyəm.

Edrien. Yox, bağışlayın, onda mən özüm özümə hörmət
etmərəm. Mən kasıb da olsam, sizin faytonunuzun, teatr
biletinizin, “Ritsa”da naharınızın hesabını ödəməyi, hərdən sizə
kiçik borclar verməyi daha üstün tuturam.

Hamı təəccüblə Epifaniyaya baxır. Edrienin Epifaniya ilə bağlı
dedikləri onlar üçün tamam gözlənilməzdir.

Epifaniya. Doğrudur. Mən heç vaxt xırda pul gəzdirmirəm.
Beşlik funtlarla sizdən, bəlkə də, bir milyon götürmüşəm. Mən
bankirlərimə tapşıracağam ki, sizin üçün minfuntluq bir hesab
açsınlar.

Edrien. Yox, yox. Beşlikləri sizə borc vermək mənim
xoşuma gəlir. Ancaq bu, mənim kiçicik imkanlarıma gözgörəsi
zərbə endirir. Ona görə də vicdanla etiraf edirəm ki, Elesterdən
yüzlükləri on minlərə çevirmək ustalığını öyrənmək istəyirəm.

Epifaniya. Siz ondan heç nə öyrənə bilməyəcəksiz, Edrien.
Elester təbiətin möcüzələrindən biridir, ancaq sizdə iştahanızdan
başqa heç bir möcüzəli cəhət yoxdur. Odur ki qulaq asın. Hər il
anadan olduğu gündə nənəsi ona məşhur tenor Enriko Karuzonun
vallarını bağışlayırdı. Bir dəfə, görünür, təbiətin izaholunmaz

147
   142   143   144   145   146   147   148   149   150   151   152