Page 149 - 1-ci cild
P. 149
Áåðíàðä Øîó

Epifaniya. Ona imkan verirəm ki, həmin biabırçı əhvalatı
özü danışsın. O, bununla fəxr edir.

Epifaniya ikrah dolu bir təbəssümlə kresloda əyləşir.

Elester. Hər şey əla oldu. Hə, sizə deyim ki, riskli iş idi.
Deməli, mən belə elədim. Opera əhvalatından sonra məndə cəmi
yüz funt qaldı. Bu vaxt bir amerikalıya rast gəldim. Ona danışdım
ki, bir xanımdan ötrü az qalır ağlımı itirim, ancaq o, bir şərtlə
mənə ərə getməyə razıdır: yüz əlli funtu yarım il ərzində əlli min
edim. İndi isə cibimdə cəmi yüz funt qalıb. O, yerindən sıçrayıb
dedi: “Əzizim, sizin yüz funtunuz varsa, bankda hesab açıb çek
kitabçasını ala bilərsiz”. Soruşuram ki, çek kitabı mənim nəyimə
lazımdı? Dedi ki, məni şərik götür. Mən də razılaşdım. Əlacım nə
idi? Elə həmin gün işə başladıq. Pulu banka qoyub, yüz blanklı
çek kitabçası aldıq. Kirayə bir teatr götürdük, əla artistlərdən
ibarət bir truppa yığdıq, pyes tapdıq. Əla tamaşa alındı: gözəl
dekorasiyalar, gözəl qızlar, baş qəhrəman da camaatın sevdiyi
qızlardan biri idi – baxışları qəzəbli, səsi qeyri-adi, özü əcnəbiyə
oxşayır, sözləri də Hollivud ləhcəsində deyir. Qazanca fikir
vermirdik, min funtlarla borca girib hər şeyi daha keyfiyyətli
edirdik.

Edrien. Bəs borcları necə qaytarırdız?
Elester. Məlum məsələdi, qəbzlərlə. Sizə dedim axı, bizim
qəbz kitabçamız var idi.
Edrien. Axı sizin yüz frankınız qurtaran kimi o qəbzlər də
qüvvədən düşmüşdü.
Elester. Hə, elədir, ancaq biz onları da pula çevirdik. Çətin
iş idi, əsl cəhənnəm əzabı idi.
Edrien. Heç nə başa düşmürəm. Boş qəbzlərlə nə etmək
olar?
Segemor. Hər şey çox sadədir. Axşamlar bank bağlanandan
sonra, ya da bank işləməyən şənbə, bazar günləri nəsə alıb, qəbzlə
ödəyirsiz. Misal üçün, sizə yüzfuntluq boş qəbz verilib, bankda
isə bir qəpiyiniz də yoxdu. Onda siz hansısa bir tanışınızdan, ya

149
   144   145   146   147   148   149   150   151   152   153   154