Page 145 - 1-ci cild
P. 145
Áåðíàðä Øîó

Segemor. Sakit olun! Sakit olun! Az qalır, harda olduğum
da yadımdan çıxsın! Hamınız məndən məsləhət istəyirsiz, amma
heç biriniz də demirsiz ki, nədən ötrü məsləhət verməliyəm. Onda
yaxşı olmazmı ki, hamınız bir-birinizdən boşanasız?

Epifaniya (Elesteri göstərərək). Elə olsa, bəs bu bədbəxt
hansı pulla yaşayacaq? Özünün bir qəpiyi də yoxdu. Əgər əmim
bunu sığorta kontorunda işə götürməsəydi, ya boksçu olacaqdı,
ya da peşəkar tennisçi. Heç kontorda da işləyə bilmirdi.

Elester. Mənə bax, Eppi, axı bunlar Segemor üçün maraqlı
deyil.

Epifaniya. Xeyr, maraqlıdı. Maraqlı olmalıdı. Sən sus!
Elester mənə evlənməyi təklif etdi. Hə, hə, o zaman elə kütbeyin
idi ki, buna cəsarəti çatmışdı. Mən atama verdiyim sözün üstündə
durdum! Ona yüz əlli funtluq qəbzi təqdim edib dedim: “Yarım
ildə bunu əlli min et, onda mən səninəm!”

Edrien. Siz bu barədə mənə heç nə deməmisiz!
Epifaniya. Niyə deyəydim? Bu, biabırçı bir əhvalatdı!
Elester. Bunun nəyi biabırçıdır? Bəyəm mən buna nail
olmadım? Bəyəm mən cəhənnəm əzabı çəkmədim ki, bu pulu
əldə edim, sənin də könlünü alım?
Edrien (karıxmış halda). Siz yüz əlli funtu yarım ildə əlli
min etdiz? Mən sizi düz başa düşdüm?
Elester. Sizcə, mən bunu bacara bilmərəm?
Epifaniya. İnansaz da, inanmasaz da, Edrien, o, doğrudan
da, bunu bacardı. Bəli, bu səfeh əlli min funtu qazandı və
Epifaniya Onisanti di Parerqaya sahib oldu. Hətta bu pulu əldə
etməyi ona bir mötəbərlik donu da geyindirdi. İnanılmaz bir işdi,
amma belədi. Mən impulsiv bir qadınam. Öz sözümün üstündə
durdum və dərhal ona ərə getdim. Sonralar bildim ki, buna necə
nail olub, amma daha gec idi.
Elester. Necə nail oldum? Öz ağlımla!
Epifaniya. Öz ağlınla?! Yaxşı olardı, deyəsən ki, öz
kütlüyünün, cahilliyinin, əyri yollara həvəsinin nəticəsində!
Səfehlərin isə bəxti gətirir. Bütün Avropa diz çöküb məni istəyirdi,

145
   140   141   142   143   144   145   146   147   148   149   150