Page 141 - 1-ci cild
P. 141
Áåðíàðä Øîó

Segemor. Centlmendən xahiş edin gözləsin.

Segemor telefon dəstəyini yerinə qoyur.

Onun haqqında mənə ətraflı məlumat verərsizmi, missis
Fisfesenden? O, deyəsən, “Ucuz kitab” nəşriyyatının başçısıdır?

Epifaniya. Yox, siz deyən onun atasıdır – nəşriyyatı yaradan.
Edrien idarə heyətinin üzvüdür, ancaq onun idarəçilik qabiliyyəti
yoxdur. Atasına görə on beş idarə heyəti-nin üzvüdür, ancaq mən
bildiyim qədər, həmin heyətlərin heç biri ondan əməlli-başlı bir
təklif eşitməyib.

Elester. Sən ona qarşı ədalətsizsən, Eppi. Londonda heç kim
ondan yaxşı nahar sifariş edə bilmir. Buna görə də ətrafı ona
hörmət edir.

Segemor. Təşəkkür edirəm. Məndə onun haqqında kifayət
qədər təsəvvür yarandı. Onu bura dəvət edək?

Epifaniya. Əlbəttə. Bilmək istəyirəm görüm, bura niyə
gəlib?

Elester. Etiraz etmirəm. Siz, əlbəttə, başa düşürsüz ki,
onunla arvadımın münasibətlərindən mənim xəbərim yoxdur.

Epifaniya. Bu münasibətlər tamamilə məsumdur… Hər
halda, indiyə qədər belə idi. Mən hələ tam əmin deyiləm ki,
Edrieni sevirəm. O, sadəcə mənə məftundur...

Segemor telefonun dəstəyini qaldırır.

Segemor. Mister Blenderblendi içəri dəvət edin.

Segemor dəstəyi asır.

Elester (Patrisiyaya). Məni Eppinin qəlbindən kənarlaşdıran
subyekti indi görəcəksən.

Patrisiya. Əzizim, mən səni qadının qəlbindən kənarlaşdıran
hansısa bir kişini təsəvvür belə edə bilmirəm.

141
   136   137   138   139   140   141   142   143   144   145   146