Page 153 - 1-ci cild
P. 153
Áåðíàðä Øîó

dözməliyəm ki, adım məhkəmələrdə hallansın? Şəklim bu
həşəratın şəkli ilə birgə qəzetlərə düşsün? Dözməliyəm ki, ən
murdar London qəzetində də tarixçə çap eləsinlər ki, vaxtıyla mən
necə başımı itirib buna aşiq olmuşam? Bir də ki, evli olmaq daha
sərfəlidi. Belə olanda sanballı görünür, kişilər ehtiyat edir, çəkinir.
Mən tənha olsam, özümü bü cür azad, sərbəst hiss edə bilmərəm.
Mən ərli olmağa öyrəşmişəm. Yox, mən Elesterlə boşanmağa qəti
surətdə razı ola bilmərəm. Hər halda, onun əvəzinə mənə yaraşan
birini tapana qədər boşanmaq söhbəti ola bilməz.

Patrisiya. Onsuz da, onun razılığı olmadan siz boşana
bilməzsiz. Elester əsl centlmen olduğu üçün bunu sizə xatırlatmır.
Ancaq özünüz də çox gözəl bilirsiz ki, sizin əxlaqınız, rəftarınız
elə deyil ki, məhkəmə də, söz-söhbət də xeyrinizə olsun. Bəli, siz
bunu çox gözəl bilirsiz.

Epifaniya. Elester mənim sevdiyim ilk kişi idi, ümid edirəm
ki, son olmayacaq. Pullu adamlar üçün isə hüquqi çətinliklər
mövcud deyil. Bir də ki, bütün bunların heç bir əhəmiyyəti
yoxdur. Elester boşanmağı özünə rəva bilməyəcək, mən də ondan
boşanmaq fikrində deyiləm, deməli, boşanmaq məsələsi yoxdur.
Saat neçədir?

Elester. Axı, Eppi, sən özünə bir qol saatı ala bilərdin. Bunu
nə qədər demək olar?

Epifaniya. Bir halda ki hamının saatı var, mən də soruşub
vaxtı öyrənə bilərəm, nə üçün buna xərc çəkməliyəm? Atamın
köhnə saatı xarab olandan sonra mən daha saat gəzdirmirəm.

Patrisiya. İndi birə on dəqiqə işləyib.
Epifaniya. Aman Allah! Mən dərsə gecikmişəm!
(Təəssüflə.) Ay-ay-ay!..
Elester. Dərsə? İcazə ver soruşum, indi nə öyrənirsən?
Epifaniya. Yapon güləşini! Sən sevimli idmanınla – arvadını
vurmaqla məşğul olmaq istəsən, sürprizdən çəkin. Mən bura niyə
gəlmişdim, mister Segemor?
Segemor. Siz vəsiyyətinizlə bağlı mənə təlimat vermək
istəyirdiniz.

153
   148   149   150   151   152   153   154   155   156   157   158