Page 155 - 1-ci cild
P. 155
Áåðíàðä Øîó

Segemor (Edrienə müraciətlə). Yeri gəlmişkən, mister
Blenderblend, siz bura nə iş üçün gəlmişdiz?

Edrien.Tamam fikrimdən çıxıb. Bu gün daha mən nəsə
etmək iqtidarında deyiləm.

Edrien heç kimlə sağollaşmadan gedir.

Segemor (Elesterə). Sizin xanımınız heyrətamiz bir
qadındır!

Elester dərindən köks ötürür.

Patrisiya. Mənim bədbəxtim! (Segemora.) O, deməyə heç
söz də tapmır!

Segemor. İndi isə, mister Fisfesenden, bilmək olarmı, siz
mənimlə nə barədə məsləhətləşmək istəyirdiz?

Elester. Bilmirəm… Eppi ilə on dəqiqə bir yerdə olmaq
kifayətdir ki, mənim yadımdan çıxsın – ayağım üstə durmuşam,
yoxsa başım üstə.

Patrisiya. Özünü ələ al, əzizim. Sən arvadından ayrılmaq
barədə məsləhətləşmək üçün bura gəlmişdin.

Elester. Arvadımdan ayrılmaq?! Bu, çovğundan qaçmaq
kimi bir şeydir! (Nəsihətamiz tonda.) Bura baxın, Segemor. Mən
o bədbəxt adamlardan biriyəm ki… siz, əlbəttə, belə adamları çox
görmüsüz… çox adam bu kresloda oturub, mənim kimi danışıb…

Segemor. Buyurun, sözünüzü deyin.
Patrisiya. Fikrini dağıtma, Elli. Mister Segemora danış ki,
sən hansı adamları nəzərdə tutursan.
Elester. Mən o adamları nəzərdə tuturam ki, uda
biləcəklərindən artığını dişləyir. O adi kişiləri ki, qeyri-adi
qadınlarla evlənirlər. O adi qadınları ki, qeyri-adi kişilərə ərə
gedirlər. Onların hamısı elə bilirdi ki, bəxtləri gətirib. Mənim sizə
məsləhətim odur ki, mister Segemor, özünüzə arvadı öz
çevrənizdə axtarın. Məni səhv başa düşməyin, mən var-dövləti,
cəmiyyətdəki mövqeyi nəzərdə tutmuram. Mən… Mən…

155
   150   151   152   153   154   155   156   157   158   159   160