Page 159 - 1-ci cild
P. 159
Áåðíàðä Øîó

mağazalara qaçmaqdan, sizin sevdiyiniz o təmtəraqdan zəhləm
getsin? İki həftədən də az. Mənim atam yüz milyonu ola-ola
həmişə üçüncü klasda gedirdi, özünə lazımlı olmayan adamları
qəbul edəndə bir gündə on şillinqdən artıq xərcləmirdi. Niyə
bədxərclik etməliydi? Başqaları kimi yeyib-içirdi, başqaları kimi
də geyinirdi. Mən də onun kimiyəm.

Edrien. Onda niyə siz pulu sevirsiz, heç nə də xərcləmirsiz?
Epifaniya. Çünki pul – gücdür. Pul – qətiyyətdir. Pul –
azadlıqdır. Bir var vulkanda yaşayasan, bir də var Hesperid
bağlarında rahatlıqdan həzz alasan. Bundan başqa, pul həmişə bir
sevinc yaradır ki, onu daha da artıra bilərsən. İmkan olanda hər
şey mümkündü. Bir milyonu iki milyona çevirmək hansısa kasıb
bir qadının qazandığı beş funtu on funta çevirməkdən daha asandı.
Hələ orasını demirəm ki, o qadın on funtu əldə edə biləcək, ya
yox. Əslinə baxsan, pul özü özünü çoxaldır.
Edrien. Mənim üçün pul – insanın ruhunu qayğılarla
dolduran vulqar bir şeydir. Əlbəttə, mənə də pul lazımdı, ancaq
mən onu sevmirəm. Mümkün olduqca mən pul barədə heç
düşünmürəm də.
Epifaniya. Onda bəs nə barədə düşünürsüz? Qadınlar
barədə?
Edrien. Hə, ancaq təkcə onlar barədə yox.
Epifaniya. Yemək barədə?
Edrien. Yemək barədə də həmişə yox, hərçənd yeməyə
biganə deyiləm. (Əli ilə mizin üstünü göstərir.) Etiraf edirəm ki,
belə bir səhər naharı gözləmirdim.
Epifaniya. Aha, deməli, buna görə belə pis əhvali-
ruhiyyədəsiz? Hə?
Edrien (təxərrüşlə). Xeyr. Axı siz mənə nəfis bir gəzinti
boyun olmuşduz. Siz dediz ki, çay kənarında gözəl bir yer
tapmısız, orda təbiətin qoynunda oturub gözəl kənd təamları
yeyəcəyik. Olmaya bu çirkli zibilxananı siz gözəl bir yer hesab
edirsiz? Ömrünüzdə heç bugünkü kimi köhnə, dadsız səhər
yeməyi yemişdiz? Burda heç ayrıca bir otaq da yoxdu, kim istəsə,

159
   154   155   156   157   158   159   160   161   162   163   164