Page 161 - 1-ci cild
P. 161
Áåðíàðä Øîó

Edrien. Mənim əzizim, sizin atanız heç bir şey etməyib.
Mən heç cür təsəvvür edə bilmirəm ki, o, başqalarının varidatını
hansısa qanuni yolla mənimsəyib. Ancaq bunu bilirəm ki,
mənimsədiyinin beşdə dördünü ona görə itirib ki, mühacir rus
mülkədarlardan Rusiyada qalmış torpaqlarını satın alıb. Çünki
belə hesab edirmiş ki, İngiltərə üç-dörd həftəyə sovet inqilabının
işini bitirəcək. Bundan da böyük səhv etmək olar? Bunu hətta mən
də eləməzdim, hərçənd siz məni axmaq hesab edirsiz. Bir sözlə,
Epifaniya, atanız heç doğulmasaydı da, dünya bir şey itirməzdi.
Axı siz özünüz də bunu başa düşürsüz, elə deyil?

Epifaniya yerindən sıçrayaraq boksçu
pozasında dayanır.

Epifaniya. Daha məni özümdən çıxartdız! Qalx ayağa,
qorxağın biri qorxaq! Özünü qorumağa hazırlaş!

Edrien özünü itirmiş halda ayağa qalxır və hələ
təhlükəni axıradək dərk etmir.

Edrien. Yaradana and olsun, Epifaniya, siz nahaq özünüzdən
çıxırsız.

Epifaniya sol tərəfdən onun çənəsinə zərbə endirir.

Epifaniya. Bu, ona görədi ki, mənim atama quru, cansıxıcı adam
dediniz.

Bu dəfə sağ tərəfdən ikinci zərbəni ilişdirir.

Bu da ona görədi ki, guya mənim atam heç nə etməyib.

Yerə sərilmiş Edrien aldığı zərbələrin
ağrısından qovrulur.

161
   156   157   158   159   160   161   162   163   164   165   166