Page 163 - 1-ci cild
P. 163
Áåðíàðä Øîó

Həkim. Boş şeydir! Siz söyüş söymək istəyirsiz. Ancaq əsəb
gərginliyiniz artıq keçir. İndi rahat əyləşin, bax belə. Siz tamamilə
sağlamsız. Xudahafiz!

Epifaniya. Dayanın! Mən özümü pis hiss edirəm. Mən
ölürəm. Mənə həkim lazımdı. Narahat olmayın. Mən varlıyam.

Həkim. Onda siz heç bir əziyyət çəkmədən ingilis həkim
tapa bilərsiz. Burda başqa kimsə də varmı ki, kömək edim? Mən
yuxarıda idim. Eşitdim ki, kimsə pilləkənlə aşır. Bəlkə, onun
harasısa sınıb?

Həkim tələsik gedir. Epifaniya ayağa qalxıb
onun ardınca qışqırır.

Epifaniya. Ona fikir verməyin! Harasısa sınıbsa belə, yenə
ona azdı! Bu dəqiqə geri qayıdın! Siz mənə lazımsınız! Qayıdın!
Qayıdın deyirəm!

Həkim geri qayıdır.

Həkim. Buranın sahibi onu sizin maşınınızda xəstəxanaya
apardı.

Epifaniya. Mənim maşınımda? Mən icazə vermirəm! Qoy
təcili yardım çağırsın!

Həkim. Onlar artıq getdilər. Sizinçün gərək xoş olsun ki, o
insana kömək edə bilmisiz.

Epifaniya. Sizin vəzifəniz məni müalicə etməkdi, öyüd-
nəsihət vermək deyil.

Həkim. Mən sizin ev həkiminiz deyiləm, özəl müalicə ilə
də məşğul olmuram. Kasıb müsəlman mühacirlər üçün klinikam
var, həm də xəstəxanada çalışıram. Mən sizin müalicənizi öz
üzərimə götürə bilmərəm.

Epifaniya. Yox, götürə bilərsiz! Götürməlisiz! Yoxsa
istəyirsiz ki, məni burda qoyub gedəsiz ki, ölüm?

Həkim. Siz ölmürsüz. Hər halda, hələ ki, ölmürsüz. Öz ev
həkiminizə müraciət edin.

163
   158   159   160   161   162   163   164   165   166   167   168